• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9661
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir – FOTOLAR 

14 Sentyabr, 26 / 16:30
A A

Səyahət dünyası daim yeni trendlər və fərqli kəşf imkanları ilə zənginləşsə də, bəzi səyahət vərdişləri öz populyarlığını qoruyur. Avtomobillə səyahət də bunlardan biridir. Bu səyahət forması marşrutu öz tempinizə uyğun qurmaq, yol yoldaşlarınızla fərqli təcrübələri bölüşmək və yolboyu unudulmaz xatirələr toplamaq imkanı yaradır. Booking.com-un 2026-cı il üzrə Səyahət Proqnozlarında da qeyd olunduğu kimi, avtomobil səyahətləri getdikcə daha çox spontanlıq, kəşf və birgə yaşanan təcrübələr üzərində qurulur.

Müxtəlif təbiəti, mədəniyyəti və səyahət imkanları ilə Türkiyədə hər yol yeni bir mənzərə və fərqli təcrübə vəd edir. Mənzərəli kənd yollarından və qədim abidələrdən tutmuş sahil şəhərlərinə və yerli mətbəxin özünəməxsus dadlarına qədər hər marşrut ölkənin fərqli simasını üzə çıxarır. Türkiyənin Egey bölgəsi isə avtomobil səyahətləri üçün xüsusilə əlverişlidir. Burada krujeva kimi sahil xətti və firuzəyi sular, füsunkar sahil şəhərləri, qədim irs, zəngin mətbəx və rahat həyat tərzi ilə vəhdət təşkil edir. Yolboyu qarşılaşdığınız mənzərəli dayanacaqlar və gözlənilməz kəşflər səyahətin özünü də unudulmaz təcrübəyə çevirir. Gəlin Türkiyənin Egey sahillərində avtomobillə səyahətin diqqətçəkən dayanacaqlarına nəzər salaq.

Gelibolu, Troya və Assos
Egey səyahətinizə tarixin və sahil gözəlliyinin bir araya gəldiyi Çanaqqaladan başlaya bilərsiniz. İlk olaraq Gelibolunu kəşf edin, Gelibolu yarımadasındakı tarixi məkanları və memorialları ziyarət etdikdən sonra UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Troya şəhərinə doğru yol alın. Burada 5000 ildən artıq tarix on arxeoloji təbəqə boyunca öz izlərini qoruyub saxlayır. Mükafatlara layiq görülmüş Troya Muzeyinə baş çəkmək qədim şəhər və burada aşkar edilmiş mühüm tapıntılar haqqında daha ətraflı məlumat əldə etməyə imkan verir.
Troyadan cənuba doğru hərəkət edərək Assosa çatın. Burada qədim irs Egey sahillərinin firuzəyi suları və gözoxşayan mənzərələri ilə əvəzlənir. Behramkale kəndində yerləşən Assos olduqca sərin və təravətli suları ilə seçilir. Bu xüsusiyyət onu Türkiyənin bir çox digər sahil məkanlarından fərqləndirir. Burada dəniz kənarında düşərgə qura və ya füsunkar butik otellərdən birində qala, daha sonra isə Kadırğa körfəzi kimi kristal təmiz sulara malik koylarda sərinləyə bilərsiniz. Panoramik mənzərələr təqdim edən Afina məbədini ziyarət etmək, ardınca liman ərazisindəki restoranlardan birində təzə balıq dadmaq da mümkündür.

Cənuba doğru yolunuza davam edərkən təmiz havası ilə tanınan əfsanəvi Kaz (İda) dağlarının ətəklərindən keçəcəksiniz. Dağların yamacları boyunca yerləşən Adatepe və Yeşilyurt kimi mənzərəli kəndlərdə qısa fasilələr verdikdən sonra yolunuz Ayvalıka uzanır.

Ayvalık
Ayvalıqa çatdıqdan sonra səyahətinizə məşhur Ayvalık tostunu dadmaqla başlayın. Ardınca Sarımsaklıdan Altınovaya qədər uzanan gözəl çimərlikləri kəşf edə bilərsiniz. Sahil boyunca gəzinti ilə kifayətlənməyərək şəhərin füsunkar küçələri ilə dolaşın və Köhnə Bazar, Ayazma kilsəsi və Saatlı məscidi kimi tarixi məkanlarla tanış olun. Bölgənin ən təsirli mənzərələrindən birini görmək üçün Egeyə panoramik baxış açılan təpə üzərində yerləşən Şeytan Sofrasına yollana bilərsiniz. Əsas quru ərazisi ilə körpü vasitəsilə birləşən Cunda adasına da baş çəkmək mümkündür. Kiçik ada dəniz məhsulları restoranları ilə məşhurdur. Burada kalmar, krevet, ahtapot və papalina (yerli xırda balıq növü) ilə yanaşı müxtəlif ənənəvi məzələrdən ibarət əsl Egey süfrəsinin dadını çıxara bilərsiniz.

Çeşmə: İzmirin məşhur yarımadası
Cənuba doğru hərəkət edərək İzmirə gedin. Yolda qədim irsi və füsunkar şəhər mərkəzi ilə seçilən Bergamaya baş çəkdikdən sonra Çeşmə yarımadasına doğru yolunuzu davam etdirin. Burada sizi kristal təmiz sular, şəfalı termal bulaqlar, Çeşmə qalası kimi tarixi məkanlar, canlı gecə həyatı və gözəl çimərliklər gözləyir. Alaçatı isə Türkiyənin kitesörfinq üçün ən məşhur məkanlarından biri kimi beynəlxalq şöhrət qazanıb. Qastronomiya həvəskarları üçün Urla da marşrutun diqqətçəkən dayanacaqlarındandır. Tanınmış üzüm bağları, şərab marşrutları və MICHELIN tərəfindən tanınan restoranları ilə seçilən şəhər Egeyin zəngin dadlarını ön plana çıxaran, təsərrüfatdan birbaşa süfrəyə təqdim olunan xüsusi kulinariya təcrübələri vəd edir.

Kuşadası: Efesin yaxınlığında yay istirahəti
Urla üzüm bağlarını və sahil ab-havasını geridə qoyaraq yolunuzu cənuba, Səlcuq və Kuşadası istiqamətində davam etdirin. Səlcuqda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Efes şəhərini və BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən Dünyanın Ən Yaxşı Turizm Kəndlərindən biri seçilən füsunkar Şirincə kəndini kəşf etmək üçün dayanmağa dəyər. Buradan Türkiyənin ən mühüm kruiz və turizm mərkəzlərindən biri olan Kuşadasına doğru yolunuzu davam etdirin. Burada çoxsaylı çimərlik və koylar sizi gözləyir. Qadınlar dənizi, Sevgi çimərliyi ilə yanaşı Dilek yarımadası–Böyük Menderes deltası Milli Parkının ərazisində yerləşən İçmələr, Aydınlıq, Kavaklıburun və Karasu körfəzləri də bölgənin məşhur istirahət məkanlarındandır. Daha fərqli kəşflər etmək istəyənlər üçün qayıq kirayələmək, insan ayağının az dəydiyi koyları və sahilin gizli guşələrini görmək üçün ideal seçimdir. Günün sonunda gün batımını izləmək üçün Güvercin adasına yollana bilərsiniz. Kuşadasının zəngin kulinariya mənzərəsi də diqqət çəkir. Burada dənizkənarı restoranlarda təzə dəniz məhsullarından tutmuş, bölgəyə xas yeməklər təqdim edən ənənəvi kənd restoranlarına qədər müxtəlif seçimlər var.

Didim: Aydının daha bir incisi
Kuşadasını geridə qoyaraq sahil boyunca cənuba, Didimə doğru hərəkət edin. Kuşadası ilə Bodrum arasında yerləşən Didim Altınkum, Sarıkum, Hüzur və Akbük kimi gözəl çimərlikləri, eləcə də gündəlik qayıq turları ilə kəşf edə biləcəyiniz Cənnət, Akvarium və Saplı ada kimi gizli koyları ilə seçilir. Didim yalnız çimərlikləri ilə deyil, bölgənin qədim tarixinə açılan qapı olması ilə də diqqət çəkir. Qədim Didim və ya Didyma vaxtilə Milet şəhərinin müqəddəs ziyarətgahı olub. Bu gün burada ion üslubundakı sütunları və daş üzərində oyulmuş məşhur Meduza təsviri ilə seçilən Apollon məbədini ziyarət etmək mümkündür.

Bodrum: Avtomobil səyahətinin ən gözəl dayanacağı
Didimdən sonra Egey sahilləri boyunca səyahətinizin son dayanacağı Bodrum olacaq. Türkiyədə dəbdəbəli istirahətin sevimli ünvanlarından biri olan Bodrumda beşulduzlu otellərdən füsunkar düşərgə məkanlarına qədər müxtəlif yerləşmə imkanları təqdim olunur. Mavi Bayraqlı çimərlikləri, çimərlik klubları, dalğıclıq məkanları və Mavi səyahət zamanı kəşf edə biləcəyiniz möhtəşəm koyları ilə Bodrum unudulmaz təəssüratlar vəd edir. Ağ rəngli evləri və ətirli naringi bağları ilə tanınan Bodrum Bodrum qalası və Halikarnas mavzoleyinin qalıqları kimi tarixi xəzinələri ilə də seçilir. MICHELIN tərəfindən tanınan bu şəhərdə günün ən təzə ovundan hazırlanmış dəniz məhsulları və yerli şərablarla müşayiət olunan möhtəşəm şam yeməyindən də zövq ala bilərsiniz.

Səyahətçilər üçün qeyd: Əgər yolun burada bitməsini istəmirsinizsə, Bodrumdan cənuba doğru hərəkətinizi davam etdirərək Egey dənizinin Aralıq dənizi ilə qovuşduğu ərazilərdə yerləşən daha çox unudulmaz sahil məkanlarını kəşf edə bilərsiniz. Marşrutunuzu Datça, Marmaris və Fəthiyə istiqamətində davam etdirdikdən sonra Türkiyə Rivierasının incisi Antalya şəhərinə çata bilərsiniz. Burada Kaşdan Alanyaya qədər sizi heyranedici sahil mənzərələri və fərqli dayanacaqlar gözləyir.

Bənzər Xəbərlər

Dünya

Kreml: Rusiya neft məhsullarının ixracına qadağanı daxili bazarı təmin etmək üçün tətbiq edib

Sentyabr 14, 2026
Dünya

FSB: Ukraynaya göndərilən Qərb silahları Meksika narkokartellərinin əlinə keçir

Sentyabr 14, 2026
Dünya

Tramp xəbərdarlıq etdi: FES faizləri aşağı salmasa...

Sentyabr 14, 2026
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread.   (AP Photo/Vahid Salemi)
Dünya

İran prezidenti bu xəbəri rəsmən AÇIQLADI

Sentyabr 14, 2026
Dünya

“Kurtlar Vadisi” xəyal məhsulu deyilmiş – "Karahanlının oğlu" Kaşifoğluna görə istintaqa çağrıldı

Sentyabr 14, 2026
Dünya

İranda səfərbərlik elan edilir? – Milyonlarla insan orduya qoşulur

Sentyabr 14, 2026

XƏBƏR LENTİ

Əhaliyə şad xəbər: Milli Məclis bunu müzakirə edəcək

14 Sentyabr, 26 / 17:28

Paşinyanın xəbərdarlığı - Kərki ilə bağlı NƏ BAŞ VERİR?

14 Sentyabr, 26 / 17:14

GƏLƏCƏYİN SƏSSİZ ÇEVRİLİŞİ

14 Sentyabr, 26 / 16:47

ABŞ-dən sülh müqaviləsi ilə bağlı SON DƏQİQƏ - Bu tarixdə...

14 Sentyabr, 26 / 16:46

Sabah Bakıda nə baş verəcək? - Bundan xəbərdar olmasanız...

14 Sentyabr, 26 / 16:33

Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir – FOTOLAR 

14 Sentyabr, 26 / 16:30

Kreml: Rusiya neft məhsullarının ixracına qadağanı daxili bazarı təmin etmək üçün tətbiq edib

14 Sentyabr, 26 / 16:25

Sahil Babayevdən yeni əmr

14 Sentyabr, 26 / 16:18

FSB: Ukraynaya göndərilən Qərb silahları Meksika narkokartellərinin əlinə keçir

14 Sentyabr, 26 / 16:10

Həmin sertifikatı Prezidentə təqdim etdi - FOTOLAR

14 Sentyabr, 26 / 16:05
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.