• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.5° Weather Columbus
$
1.7
€
1.9825
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ermənistanda bu qüvvələr fəallaşdı – Praqadakı tədbir revanşistləri niyə isterikaya saldı?

26 Avqust, 26 / 17:46
A A

Müharibə bitsə, sülh quruculuğu istiqamətində ciddi addımlar atılsa da, Ermənistanın xaricdən dəstəkli müxalifət qüvvələri Azərbaycana qarşı saxta təbliğatlar və revanşizm ideyalarının təşviqindən əl çəkmirlər.

Çexiyanın paytaxtı Praqanın şəhər meydanında Qərbi Azərbaycan və Qarabağın tarixi və mədəni irsinə həsr olunmuş açıq havada foto sərgisi keçirilib. Tədbir Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiyadakı koordinatoru və “Odlar Yurdu” cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. Azərbaycanın öz tarixi irsinin Avropaya təqdimatı isə Ermənistan parlamentinin “etiraz gündəliyi”ni dolduran məsələyə çevrilib.

Parlamentin qalmaqallı müxalif deputatı Lilit Qalstyan Çexiyadakı sərgiyə görə Bakını ittiham edən açıqlamalar verib. Qalstyan Bakını “erməni mədəni irsini Azərbaycan mədəniyyəti kimi təqdim etməkdə” günahlandırıb. Erməni deputat Qarabağ və Qərbi Azərbaycanın tarix və mədəniyyətinin Avropa platformasında sadə bir təqdimatını belə “erməni ideologiyası üçün təhlükəli addım” kimi təqdim edib. Maraqlıdır ki, o, Azərbaycanın son zamanlarda beynəlxalq arenada xüsusi şəkildə aktivləşdiyini, xeyli işlər gördüyünü və bütün bunların ermənilər üçün heç də müsbət hal olmadığını bildirib. Qalstyan Ermənistan dövlətinin gəcələyi üçün deyil, birbaşa baş nazir Nikol Paşinyanın ölkə üçün təhlükəli adlandırdığı və dəyişdirməyə çalışdığını dəfələrlə vurğuladığı “erməni ideologiyası” üçün narahat olduğunu vurğulayır. Yəni məsələ ölkəsinin rifahı deyil, revanşist ideologiyanın zəifləmə ehtimalıdır. Beləliklə, məsələnin ölkənin gələcəyindən çox, SSRİ-dən bu yana ermənilər üçün qəlibləşdirilmiş revanşist iddeoloji xəttin nümayəndələrinin narahatlığı olduğu anlaşılandır.

Yeri gəlmişkən, Lilit Qalstyan Ermənistanda revanşist cəbhənin ən aktiv simalarındandır. O, hətta Ermənistanda hakimiyyəti zorla ələ keçirməyə çalışmasına görə həbs edilən Baqrat Qalstyan və tərəfdarlarını birbaşa müdafiə edir, onlara haqq qazandırır. Erməni deputatın bu addımı belə öz cəmiyyətində onun real mövqeyi ilə bağlı mübahisəli suallar doğurub.

Erməni lobbisi və Azərbaycan

Digər yandan, Ermənistan revanşistlərinin son 30 ildə Azərbaycan və Qarabağın mədəni irsini, tarixini beynəlxalq platformalarda “ermənilərə məxsus” kimi təqdim etməsi onlar üçün “normal” hesab edilirdi. Erməni separatçıları üçüncü ölkənin də maddi və mənəvi dəstəyi ilə Qarabağın bir çox abidəsini özlərininki kimi təqdim ediblər. Məsələn, hazırda Bakıda həbsdə olan Ruben Vardanyanın dəstəklədiyi “Revival of Oriental Historical Heritage” (Şərq Tarixi İrsinin Dirçəldilməsi) fondu 2019-cu ildə Şuşada bir neçə tarixi-memarlıq abidəsini təmir edib və onları “artsax-erməni irsinin nümunəsi” kimi dünyaya tanıtmağa çalışıb. Hətta Şuşadakı Yuxarı Gövhər Ağa məscidini belə guya “təmir” edərək bir müddət Qarabağa gətirdikləri turistlərə “Ermənistan–İran” dostluq nümunəsi kimi tanıtmağa cəhd göstəriblər. Separatçıların Qarabağa təbliğat məqsədli “turist” səfərləri birbaşa İrəvandakı revanşistlər tərəfindən dəstəklənib.

Erməni lobbisi 30 il müddətində xarici arenada çox ciddi anti-Azərbaycan təbliğat sistemi qurmağa çalışıb. Bu lobbi və diaspora şəbəkəsi hazırda Ermənistan hökumət ilə də kəskin fikir ayrılığı yaşayır, ölkənin revanşizmdən uzaq, Azərbaycanla sülh şəraitində yaşamaq təşəbbüslərini dəstəkləmirlər. Biz isə sadəcə öz mədəniyyətimiz və tariximizi dünya platformalarına çıxarmağı hədəfləmişik.

Praqadaki sərgidən

Diasporun yeni “hücumu”

Azərbaycan 30 illik saxta erməni təbliğatını bütün reallığı ilə təqdim etməyə çalışır. Məsələn, yaxın zamanda qlobal “Marriott Bonvoy” şəbəkəsi, “Booking.com və GetYourGuide.com kimi dünyaca nüfuzlu səyahət saytları Qarabağa turların reklamını paylaşıblar. Lakin bu, Ermənistan ictimaiyyətində deyil, məhz müxalifət, lobbi və diasporasında müzakirə mövzusuna çevrilib. Hətta lobbi dərhal hərəkətə keçib, “Marriot Bonvoy” şəbəkəsinə ciddi təzyiq göstərərək onları reklamı silməyə məcbur ediblər. Digər platformalar isə bütün etirazlara rəğmən, məlumatı saxlayıblar. Hətta erməni diaspora və lobbisi, o cümlədən mətbuat “Marriot Bonvoya” təzyiq xəbərini qürurla tirajlayır və bunu “uğur” adlandırırlar. Halbuki sözügedən addım onların revanşist ideologiyası və anti-Azərbaycan təbliğatının birbaşa sübutu kimi beynəlxalq arenada təsdiq edildi.

Azərbaycan Ermənistandan fərqli olaraq başqa ölkənin və xalqın tarixini mənimsəmir, əksinə, işğala, təcavüzə məruz qalan və mübarizə nəticəsində xilas etdiyi tarixini, mədəniyyətini dirçətlməyə, özünə qaytarmağa, saxta pərdəni qaldırıb dünyaya həqiqəti göstərməyə çalışır.

Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistandakı revanşist şəbəkə öz məkrli planlarından, saxta tarix abbisiyalarından əl çəkmək istəmir. 2020-ci ildən sonra yaranmış reallığı qəbul etmək istəmirlər. Burda onlara dəstək olan bəzi ölkələrin niyyətləri də məlumdur. Hazırda Azərbaycanla Ermənistan arasında sülh müzakirələri gündəmdədir. Hər iki ölkənin rəhbərləri sülh sazişinin imzalanması, Bakı ilə İrəvan arasında münasibətlərin daha da normallaşması üçün çalışır və buna xeyli dərəcədə nail olublar. Revanşistlər və dəstəkçiləri isə gedən qatara daş atmaqla məşğuldurlar. O daşın onların öz başlarını yardığını isə anlamaq istəmirlər…\globalinfo.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Mehriban Əliyeva doğum günündə körpələr evi-uşaq bağçasının açılışını edib

Avqust 26, 2026
Cəmiyyət

Bu kəndlərdə ev almağa tələsin – kəskin bahalaşacaq

Avqust 26, 2026
Cəmiyyət

Evlilərin diqqətinə: sizdən pul tutula bilər – Hüquqşünas

Avqust 26, 2026
Cəmiyyət

AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət etdi

Avqust 26, 2026
Cəmiyyət

Ay Laçın, can Laçın…

Avqust 26, 2026
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread.   (AP Photo/Vahid Salemi)
Cəmiyyət

İrandan ABŞ kəşfiyyatına milyardlıq zərbə

Avqust 26, 2026

XƏBƏR LENTİ

Mehriban Əliyeva doğum günündə körpələr evi-uşaq bağçasının açılışını edib

26 Avqust, 26 / 18:54

Bu kəndlərdə ev almağa tələsin – kəskin bahalaşacaq

26 Avqust, 26 / 18:41

Evlilərin diqqətinə: sizdən pul tutula bilər – Hüquqşünas

26 Avqust, 26 / 18:29

AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət etdi

26 Avqust, 26 / 18:13

Ay Laçın, can Laçın…

26 Avqust, 26 / 17:59

Ermənistanda bu qüvvələr fəallaşdı – Praqadakı tədbir revanşistləri niyə isterikaya saldı?

26 Avqust, 26 / 17:46
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread.   (AP Photo/Vahid Salemi)

İrandan ABŞ kəşfiyyatına milyardlıq zərbə

26 Avqust, 26 / 17:33

Azərbaycanda bu ad cəmi 3 uşağa verildi

26 Avqust, 26 / 17:20

Azərbaycan-Gürcüstan sərhədində vəziyyət necədir? – Rəsmi

26 Avqust, 26 / 17:07

İrandan Netanyahunun oğluna SUİ-QƏSD PLANI: Əşyalarını götürmədən ölkəni TƏRK ETDİ -ŞOK DETALLAR

26 Avqust, 26 / 16:50
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.