Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ermənistanda əsgər anaları İrəvanın mərkəzində etiraz edir

Cəmiyyət

Ermənistanda hərbi qulluqçuların valideynləri övladlarının xidmət müddətinin 2 ildən 1 il 6 aya endirilməsi tələbi ilə növbəti dəfə etiraz aksiyası keçiriblər.

Cagdas.az  xəbər verir ki, aksiya iştirakçıları hazırda eyni çağırışda xidmət edən əsgərlərin bir hissəsinin 2 il, digər hissəsinin isə 1 il 6 ay xidmət etməsinin ədalətsizlik yaratdığını bildiriblər.

Valideynlərdən biri övladının artıq iki ildir hərbi xidmətdə olduğunu deyərək, onların yeganə tələbinin xidmət müddətinin hamı üçün eyni olması olduğunu vurğulayıb.

“Biz başqa heç nədən narazı deyilik. Nə qida, nə geyimlə bağlı şikayətimiz var. Sadəcə istəyirik ki, ədalət təmin olunsun. Sinif yoldaşlarının bir hissəsi iki il, digər hissəsi isə ilyarım xidmət edir. Hamısı bizim övladlarımızdır və hamısı eyni hüquqa malik olmalıdır”, – deyə o bildirib.

Etirazçılar qeyd ediblər ki, hökumət indiyədək yalnız bəzi hərbçilərə 5 günlük həvəsləndirici məzuniyyət verib, lakin bu imkandan bütün əsgərlər yararlana bilməyib.

Onların sözlərinə görə, bu da hərbi qulluqçular arasında narazılıq yaradır.

“Biz məzuniyyət istəmirik. Əsas tələbimiz xidmət müddətinin bizim övladlarımıza da şamil edilməsidir. Altı aydır bizə məsələni yenidən nəzərdən keçirəcəklərini deyirlər, amma indiyədək heç bir qərar qəbul olunmayıb”, – deyə valideynlər bildiriblər.(modern.az)