Son dəqiqə
Dərmanları bu 2 otaqda saxlamaq təhlükəlidir – Mütəxəssisdən xəbərdarlıq Oktyabrda varlanmaq şansı ola biləcək BÜRCLƏR Bu ilin səkkiz ayında qeydə alınan ölüm sayı açıqlanıb Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər Tesla uçan avtomobilini təqdim etdi: havada salto vurdu – VİDEO Azərbaycanda nikahların və boşanmaların sayı azalıb Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb – FOTOLAR Azərbaycan millisi bu gün DÇ-2028-in səfər oyununa çıxır Rusiya rəsmisi: Hörmüz boğazında müharibənin nə vaxt bitəcəyi bəlli deyil CHP-də 48 nəfər partiyadan xaric edildi – tanınmış siyasətçilər də siyahıdadır
Reklam
Reklam

Əsgər yolunu azmışdı – Simonyan Nəsimidən DANIŞDI

Cəmiyyət

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan naməlum şəraitdə sərhədi keçən Azərbaycan əsgəri Nəsimi Musayevlə bağlı məslədən danışıb.

Cagdas.az  xəbər verir ki, İrəvanda jurnalistlərin suallarını cavablandıran Simonyan hərbçinin təxribatçı olduğu barədə iddialarla razılaşmayıb.

Onun sözlərinə görə, azərbaycanlə əsgər sadəcə yolu azaraq tanımadığı əraziyə düşüb.

Alen Simonyan Azərbaycan tərəfinin hərbçinin itkin düşməsi barədə hələ ilkin mərhələdə məlumat verdiyini vurğulayıb.

Əsgər həqiqətən yolu azmışdısa, niyə könüllü şəkildə Ermənistan hakimiyyətinə təslim olmadığı barədə suala cavabında Ermənistan parlamentinin sədri onun sadəcə yemək axtardığını bildirib.

Simonyanın sözlərinə görə, Azərbaycan hərbçisi boş evə daxil olub, orada çörək yeyib, sonra uzanaraq yatıb. O, həmçinin hərbçinin yaralı ola biləcəyini və ya səhhətində problem yaşadığını ehtimal edib.

Simonyan hadisəni adi cinayət hüquqpozması kimi xarakterizə edib.\modern.az\