Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2026–2031-ci illər üzrə proqramını təqdim edərkən ölkə ordusundakı problemlərdən danışıb.
Paşinyan bildirib ki, hökumətin qarşısında duran əsas problemlərdən biri orduda təkrarlanan insidentlərdir.
Onun sözlərinə görə, bu insidentlərin əhəmiyyətli hissəsi əsgərlərin postda yatması ilə bağlıdır.
“Əvvəllər sülh olmadığı üçün əsgər postda yatacağı təqdirdə fiziki təhlükəsizliyinin təhdid altında qala biləcəyindən qorxurdu. İndi isə onlar bunun baş verməyəcəyini və ya ehtimalın çox aşağı olduğunu bilirlər. Lakin hərbi hissələrdə əvvəlki yanaşma qalmaqdadır”, – Paşinyan deyib.
Ermənistan hökumətinin başçısı qeyd edib ki, orduda bu problemin aradan qaldırılması üçün radikal addımlar atılmalıdır.
Paşinyanın açıqlaması Ermənistan ordusunda nizam-intizam və xidmət şəraiti ilə bağlı problemlərin hələ də gündəmdə olduğunu göstərir.\modern.az\
















