Son dəqiqə
Qızıl-gümüş ucuzlaşdı Bu ərazilərə qar yağır AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO

Estetik əməliyyatlar icbari tibbi sığortaya daxil ediləcək?

Cəmiyyət

Qüsursuz görünmək istəyi və estetik prosedurlara maraq dünyada geniş yayılıb. Sosial şəbəkələrin təsiri, eləcə də tibbin inkişafı nəticəsində bu xidmətlərin daha əlçatan olması onlara tələbatı artırır. Bir zamanlar əsasən məşhurların və maddi imkanları yüksək olan şəxslərin müraciət etdiyi estetik prosedurlara indi cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar üz tuturlar.

Cagdas.az bildiriri ki Tibb elmləri doktoru, professor Adil Qeybulla Modern.az-a açıqlamasında bildirib ki, sırf estetik məqsəd daşıyan əməliyyatlar xarici ölkələrdə də icbari tibbi sığorta hesabına qarşılanmır.

“Ümumiyyətlə, icbari tibbi sığorta sağlamlıq üçün təhlükə yaradan halların aradan qaldırılması, müalicə və korreksiya məqsədilə nəzərdə tutulub. Estetik əməliyyatlar tibbi zərurət daşımadığı üçün sığortanın əhatə dairəsinə daxil edilmir. Azərbaycanda insanlar bəzən şəxsi istəklərinə, özlərini başqaları ilə müqayisə etdiklərinə və ya rəqabətə görə belə əməliyyatlara müraciət edirlər. Bu əməliyyatların əksəriyyətinin sağlamlıqla birbaşa əlaqəsi yoxdur. Ona görə də onlar icbari tibbi sığortanın əhatə dairəsindən kənarda qalır”, – deyə professor qeyd edib.

Adil Qeybullanın fikrincə, gələcəkdə də sırf estetik məqsədli əməliyyatların icbari tibbi sığorta hesabına qarşılanması gözlənilmir.