• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.1° Weather Columbus
$
1.7
€
1.9593
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ət alarkən bu səhvləri etməyin – Zəhərlənmə riski artır

13 Avqust, 26 / 17:39
A A

Son dövrlərdə qida zəhərlənməsi ilə bağlı müxtəlif hallar qeydə alınır.

Son olaraq Samux rayonunda 5 nəfərin qidadan zəhərləndiyi bildirilir. İlkin ehtimala görə, onların ət məhsulundan zəhərləndiyi qeyd olunur.

Ət və ət məhsulları gündəlik qidalanmada geniş istifadə olunan məhsullar sırasındadır. Bu məhsulların düzgün saxlanılmaması, daşınması və hazırlanması zamanı qaydalara əməl edilməməsi isə qida zəhərlənməsi riskini artıra bilər.

Bəs gündəlik istifadə etdiyimiz ət məhsulları hansı hallarda insan sağlamlığı üçün təhlükə yarada və qida zəhərlənməsinə səbəb ola bilər?

Çağdaş.Az mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, ət məhsullarının düzgün saxlanılmaması və kifayət qədər bişirilməməsi zəhərlənmə riskini artıran əsas amillərdəndir:

“Ət məhsulları düzgün saxlanmadıqda, daşınmadıqda və ya kifayət qədər bişirilmədikdə insanlarda qida zəhərlənməsinə səbəb ola bilər. Xüsusilə çiy ət uzun müddət otaq temperaturunda qaldıqda bakteriyaların, o cümlədən Salmonella, E. coli və digər xəstəliktörədici mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaranır”.

Ekspert qeyd edib ki, əsas risklərdən biri də soyuq zəncirin pozulmasıdır:
“Ət məhsulu mağazaya və ya evə gətirilənədək uyğun temperaturda saxlanılmayıbsa, yaxud soyuducuda temperatur düzgün deyilsə, mikroorqanizmlərin inkişafı sürətlənə bilər. Dondurulmuş ətin dəfələrlə əridilib yenidən dondurulması da onun təhlükəsizliyini və keyfiyyətini azalda bilər”.

F.Səfərov bildirib ki, ətin bişirilməsi zamanı da müəyyən qaydalara əməl olunmalıdır:
“Ətin iç hissəsi kifayət qədər termiki emal olunmadıqda bəzi xəstəliktörədici mikroorqanizmlər məhv olmaya bilər. Xüsusilə qiymə, toyuq əti və içalat məhsullarında bu risk daha yüksəkdir. Ətin yalnız xarici səthinin bişməsi onun tam təhlükəsiz olduğu anlamına gəlmir”.

Qida eksperti çiy ətlə hazır qidaların təmasının da ciddi risk yaratdığını vurğulayıb:
“Məsələn, çiy ət üçün istifadə olunan bıçaq və doğrama taxtası yuyulmadan salat və ya hazır yemək üçün istifadə edilərsə, mikroblar digər qidalara keçə bilər. Buna görə çiy və bişmiş məhsullar ayrı saxlanmalı, onların hazırlanmasında istifadə olunan avadanlıqlar yaxşı yuyulmalıdır”.
Ekspert istehlakçılara ət məhsulları alarkən də diqqətli olmağı tövsiyə edib:
“İstehlakçı ət alarkən məhsulun görünüşünə, qoxusuna, qablaşdırmasına, son istifadə tarixinə və saxlanma şəraitinə diqqət etməlidir. Şişmiş və ya zədələnmiş qablaşdırmada olan, xoşagəlməz qoxusu və şübhəli görünüşü olan ət məhsullarından istifadə etmək olmaz. Əsas prinsip budur: ət məhsulunun təhlükəsizliyi yalnız onun təzəliyindən deyil, istehsaldan istehlaka qədər bütün mərhələlərdə düzgün saxlanma və hazırlanmasından asılıdır”.

Bənzər Xəbərlər

Cəmiyyət

Bu binalardan uzaq durun – Əhaliyə xəbərdarlıq

Avqust 13, 2026
Cəmiyyət

Məktəbli formalarının qiymətləri AÇIQLANDI – RƏSMİ

 

Avqust 13, 2026
Cəmiyyət

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

Avqust 13, 2026
Cəmiyyət

Bir günlük dəbdəbə – Toylarımız niyə var-dövlət nümayişinə çevrilib?

Avqust 13, 2026
Cəmiyyət

Generalın qızı ilə bağlı iddia - Natiq Əliyev kimdir?

Avqust 13, 2026
Cəmiyyət

Ali Məhkəmə NÖQTƏNI qoydu - Ramiz Mehdiyevin kürəkəninin iddiası təmin edilmədi

Avqust 13, 2026

XƏBƏR LENTİ

Bu binalardan uzaq durun – Əhaliyə xəbərdarlıq

13 Avqust, 26 / 18:47

Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?

13 Avqust, 26 / 18:29

Azərbaycanlı sevgilisi ilə dalaşan qız özünü binadan atdı, polis oğlanı saxladı

13 Avqust, 26 / 18:13

Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır – VİDEO

13 Avqust, 26 / 17:56

Ət alarkən bu səhvləri etməyin – Zəhərlənmə riski artır

13 Avqust, 26 / 17:39

Rusiyanın tərəfinə keçən ukraynalı zabit PARTLADILDI

13 Avqust, 26 / 17:24

Benzinlə bağlı mühüm açıqlama: ixracın dəyəri 2,3 dəfə artıb

13 Avqust, 26 / 17:10

Məktəbli formalarının qiymətləri AÇIQLANDI – RƏSMİ

 

13 Avqust, 26 / 16:53

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

13 Avqust, 26 / 16:37

Bir günlük dəbdəbə – Toylarımız niyə var-dövlət nümayişinə çevrilib?

13 Avqust, 26 / 16:21
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.