• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.7° Weather Columbus
$
1.7
€
1.9845
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ət bahalaşır, gəlirlər çatmır: Qiymətlərin sabitləşməsi üçün nə edilməlidir?

20 Avqust, 26 / 13:35
A A

Ət bazarında qiymət artımı əhalinin gündəlik xərclərinə ciddi təsir edən məsələlərdən biridir. Qanunsuz heyvan kəsimlərinin geniş yayılması isə həm bazarda ədalətsiz rəqabət mühiti yaradır, həm də məhsulların keyfiyyəti, nəzarət və sanitar tələblərlə bağlı suallar doğurur.

Bəs qanunsuz kəsimlərin qarşısının alınması və heyvan mənşəli məhsulların qanuni, nəzarətli şəkildə bazara çıxarılması ət qiymətlərinin sabitləşməsinə nə dərəcədə təsir edə bilər?

Cagdas.az  bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Günay Hüseynova qeyd edib ki, qanuni və qanunsuz heyvan kəsimlərini müqayisə etdikdə ilk növbədə ədalətsiz rəqabət problemi ortaya çıxır.

“Qanuni ət kəsimi müəyyən xərclərlə müşayiət olunur və bu da məhsulun daha baha satılmasına səbəb olur. Qanunsuz kəsimlərdə isə həmin xərclər bir o qədər olmur. Bu da həm rəqabət mühitinə, həm də alıcılıq qabiliyyətinə təsir göstərir”.

Günay Hüseynova qeyd edib ki, tam formalaşmış və nəzarət altında fəaliyyət göstərən kəsim müəssisələrinin olması həm rəqabət mühitinin, həm də sanitar şəraitin təmin edilməsi baxımından əhəmiyyətlidir:

“Əslində, tam formalaşmış kəsim müəssisələri fəaliyyət göstərsə və burada müvafiq nəzarət həyata keçirilsə, sanitar şərait baxımından daha əlverişli vəziyyət yaranar. Təbii ki, bu, hazırda qanunsuz fəaliyyət göstərən bütün kəsim yerlərində antisanitar şəraitin olduğu anlamına gəlmir. Sadəcə, qanuni fəaliyyətlə bağlı xərclərin artması qiymətlərə də təsirsiz ötüşmür”.

Ekspertin fikrincə, ət bazarında qiymətlərə təsir edən əsas amillərdən biri də heyvandarlıq sektorunda daxili tələbatın yerli istehsal hesabına tam təmin edilməməsidir.

“Qiymətlər müəyyən qədər tənzimlənirsə, bu da müəyyən mənada idxal hesabına baş verir. Çünki heyvandarlıq sahəsində daxili bazarın yerli məhsulla təmin edilməsi kifayət qədər deyil.

Ümumiyyətlə, düşünürəm ki, ciddi islahatlara ehtiyac olan sahələrdən biri də məhz heyvandarlıq və ət qiymətləri ilə bağlıdır. Məsələn, minimum əməkhaqqı ilə çalışan bir insan təxminən iki gün işləməlidir ki, bir kiloqram ət ala bilsin. 400 manatın 30 günə bölünməsi təxminən 13,33 manat edir”.

Ekspert əlavə edib ki, əməkhaqqı sistemində saatlıq ödəniş mexanizminə keçid gələcəkdə bu cür uyğunsuzluqların tənzimlənməsinə müəyyən qədər kömək edə bilər.

Beləliklə, qanunsuz heyvan kəsimlərinin qarşısının alınması bazarda şəffaf rəqabət mühitinin formalaşmasına, məhsulların keyfiyyətinə və sanitar təhlükəsizliyinə nəzarətin gücləndirilməsinə imkan verə bilər. Lakin ət qiymətlərinin sabitləşdirilməsi üçün yalnız kəsim prosesinə nəzarətin gücləndirilməsi kifayət deyil. Yerli heyvandarlığın inkişafı, daxili istehsalın artırılması, idxaldan asılılığın azaldılması və əhalinin gəlirləri ilə ərzaq qiymətləri arasındakı fərqin minimuma endirilməsi də əsas istiqamətlərdən olmalıdır.

Bənzər Xəbərlər

Cəmiyyət

Bu sənədinizi itirsəniz, 200 manat cərimə olunacaqsınız

Avqust 20, 2026
Cəmiyyət

Bakıda Ahıska türklərinin sürgün tarixi sərgilənəcək

Avqust 20, 2026
Cəmiyyət

Xoşqədəm Xudiyeva işdən çıxarıldı

Avqust 20, 2026
Cəmiyyət

Bazarlarımızda erməni şaftalısı – CƏMİ 47 qəpiyə…

Avqust 20, 2026
Cəmiyyət

TƏCİLİ! Azərbaycanlıların olduğu gəmiyə PUA HÜCUMU edildi

Avqust 20, 2026
Cəmiyyət

Azərbaycanda avtoqəzalarda 285 nəfər ölüb

Avqust 20, 2026

XƏBƏR LENTİ

Bu sənədinizi itirsəniz, 200 manat cərimə olunacaqsınız

20 Avqust, 26 / 14:27

Bakıda Ahıska türklərinin sürgün tarixi sərgilənəcək

20 Avqust, 26 / 14:23

Xoşqədəm Xudiyeva işdən çıxarıldı

20 Avqust, 26 / 14:14

Kiyevə dəhşətli hücum: Çox sayda ölən və yaralı var

20 Avqust, 26 / 14:00

Bazarlarımızda erməni şaftalısı – CƏMİ 47 qəpiyə…

20 Avqust, 26 / 13:49

Ət bahalaşır, gəlirlər çatmır: Qiymətlərin sabitləşməsi üçün nə edilməlidir?

20 Avqust, 26 / 13:35

TƏCİLİ! Azərbaycanlıların olduğu gəmiyə PUA HÜCUMU edildi

20 Avqust, 26 / 13:22

Ermənistanın yeni silah baronu- Kumarın İrəvan səfərinin pərdəarxası

20 Avqust, 26 / 13:08

İran XİN rəhbərindən Trampın hədələrinə sərt cavab: “ABŞ-ın öz böhranını gizlətmək cəhdidir”

20 Avqust, 26 / 12:54

Azərbaycanda avtoqəzalarda 285 nəfər ölüb

20 Avqust, 26 / 12:40
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.