• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.1° Weather Columbus
$
1.7
€
1.9591
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ət bazarında müəmmalı vəziyyət: qiymətlərlə bağlı araşdırma başlayır?

07 Avqust, 26 / 14:04
A A

Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri mal ətinin qiymətidir. Vətəndaşlar bildirirlər ki, bəzi rayonlarda 1 kiloqram mal əti 18 manata satıldığı halda, Bakı, Sumqayıt və digər iri şəhərlərdə qiymət 22-23 manata, bəzi yerlərdə isə daha yuxarıdır. Onların fikrincə, bu il yem bazasında ciddi bahalaşma olmayıb, əksinə, ot ötən illə müqayisədə ucuzlaşıb. Bu isə qiymət artımının səbəbləri ilə bağlı sualları gündəmə gətirir.

Rayonlarla paytaxt arasında yaranan qiymət fərqi nə ilə izah olunur? Mövcud nəzarət mexanizmləri kifayət edirmi?

Cagdas.az  bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov qeyd edib ki, qiymət artımını qiymətləndirərkən bazar iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmalıdır:

“Bazar iqtisadiyyatı dövlətin qiymətlərə birbaşa müdaxiləsini qəbul etmir. Lakin bu yanaşma nəzarət mexanizmlərinin tam kənara qoyulması anlamına gəlməməlidir. Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi hesabatda 2030-cu ilədək ölkənin ətə olan tələbatının yerli istehsal hesabına ödənilə biləcəyi bildirildi. Ancaq əsas məsələ yalnız istehsalın artırılması deyil, həmin məhsulun istehlakçıya hansı qiymətə çatacağıdır”.

Ekspert qeyd edib ki, hazırda mal ətinin qiyməti artıq 22-23 manata yüksəlib və mövcud yanaşma davam edərsə, gələcəkdə daha ciddi bahalaşma riski yarana bilər:

“Əsas məqsəd yalnız idxaldan asılılığı azaltmaq yox, həm də əlçatan qiymət formalaşdırmaq olmalıdır. Məsələn, Monqolustandan gətirilən qoyun əti bütün logistika və gömrük xərclərinə baxmayaraq 12-13 manata satıla bilir. Azərbaycanın da kənd təsərrüfatı potensialı var və daxili bazarda daha münasib qiymətlərin təmin edilməsi mümkündür”.

fuad 1

Fuad İbrahimov

F.İbrahimovun sözlərinə görə, daxili bazarda qiymətlərin yüksək olmasının səbəbləri araşdırılmalıdır:

“Fermer və heyvandarlıqla məşğul olan şəxslər biznes subyektidir və gəlir əldə etməyə çalışırlar. Lakin bazarda sağlam rəqabət olmadıqda qiymətlər sürətlə artır. Dövlət strateji məhsullar, o cümlədən un və çörək bazarında subsidiya və idxal rüsumlarının tənzimlənməsi kimi alətlərlə müdaxilə edə bilir. Ancaq bütün sahələrdə eyni mexanizmi tətbiq etmək mümkün deyil”.

Ekspert hesab edir ki, yüksək qiymətlərin əsas səbəblərindən biri tələbatın davam etməsidir:

“İstehlakçı baha olsa belə, ət almağa davam edir. Tələbat olduğu üçün satıcı da qiyməti aşağı salmağa maraqlı olmur. İnsanlar həm keyfiyyətli, həm də münasib qiymətli məhsul istəyirlər və bəzi satıcılar bundan istifadə edərək qiymətləri artırırlar. Bu problemin həlli sağlam rəqabət mühitinin formalaşdırılmasından keçir”.

Fuad İbrahimovun fikrincə, hazırda bunun üçün zəruri şərait tam formalaşmayıb:

“Kəndli və fermerlərin bazara təsir imkanları zəifdir. Bundan başqa, iri market şəbəkələrinə məhsul çıxarmaq üçün əlavə ödəniş və tələblər mövcuddur ki, bu da istehsalçının xərclərini artırır. Nəticədə bütün əlavə xərclər son qiymətə təsir edir və istehlakçının ödədiyi məbləğ yüksəlir. Rəqabətli mühit yaradılmasa, qiymətlərin aşağı düşməsi çətin olacaq. Yəni əgər vəziyyət belə davam edərsə, qiymətlər də artmağa davam edəcək”.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda vergi borcları 4 milyard manatı keçib

Avqust 7, 2026
Cəmiyyət

Azərbaycan həm Ukraynaya dəstək verir, həm də Rusiya ilə münasibətləri qoruyur

Avqust 7, 2026
Cəmiyyət

Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır

Avqust 7, 2026
Cəmiyyət

Bir neçə bank kartı olanlar üçün yeni limit qaydası AÇIQLANDI

Avqust 7, 2026
Cəmiyyət

Maliyyə Nazirliyi 10 dövlət müəssisəsi ilə bağlı Prezidentə hesabat verdi

Avqust 7, 2026
Cəmiyyət

Güclü külək gəlir – XƏBƏRDARLIQ

Avqust 7, 2026

XƏBƏR LENTİ

Azərbaycanda vergi borcları 4 milyard manatı keçib

07 Avqust, 26 / 19:44

Azərbaycan həm Ukraynaya dəstək verir, həm də Rusiya ilə münasibətləri qoruyur

07 Avqust, 26 / 19:31

Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır

07 Avqust, 26 / 19:17

Bir neçə bank kartı olanlar üçün yeni limit qaydası AÇIQLANDI

07 Avqust, 26 / 19:08

Maliyyə Nazirliyi 10 dövlət müəssisəsi ilə bağlı Prezidentə hesabat verdi

07 Avqust, 26 / 18:58

Güclü külək gəlir – XƏBƏRDARLIQ

07 Avqust, 26 / 18:36

Bakı Moskvayla Kiyevi barışdırır – Bayramovun iki səfərinin pərdəarxası

07 Avqust, 26 / 18:23

Səfərbərlik Xidmətinin rüşvət alan əməkdaşları HƏBS EDİLDİ

07 Avqust, 26 / 18:11

Bu şəxslər ad və soyadını dəyişə bilməz – RƏSMİ

07 Avqust, 26 / 17:48

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan “Məkkə sazişi”ni imzaladı

07 Avqust, 26 / 17:35
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.