Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ev heyvanından da təhlükə var – Səhiyyə Nazirliyindən xəbərdarlıq

Cəmiyyət

Heyvan dişləməsi, cırmaqlanması və tüpürcəklənməsi ciddi yoluxucu xəstəliklərə səbəb ola biləcək risk faktorudur.

Cagdas.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.

O bildirib ki, heyvanın vurduğu zədə nəticəsində insan orqanizmində təhlükəli yoluxucu xəstəlik və ya infeksiya inkişaf edə bilər:

“İnsanlar heyvanlar tərəfindən dişlənmə, cırmaqlanma və ya tüpürcəklənmə halları ilə istənilən məkanda qarşılaşa bilərlər. Bu, yaşadığımız evdə saxladığımız ev heyvanı tərəfindən də baş verə bilər. Eyni zamanda parklar, küçələr, istirahət zonaları, yay aylarında isə dənizkənarı ərazilər kimi ictimai məkanlarda da belə hallarla rastlaşmaq mümkündür”. \\milli.az