Fransada davam edən güclü istilər səbəbindən ölkənin böyük hissəsində fövqəladə hava şəraiti hökm sürür. Hakimiyyət orqanları 72 əyalətində yüksək temperaturla əlaqədar qırmızı, 48 əyalətində isə meşə yanğınları riski səbəbindən narıncı xəbərdarlıq elan edib.
Çağdaş.Az xəbər verir ki, Fransanın meteorologiya xidməti bildirib ki, iyunun 23 və 24-ü ölkə tarixində qeydə alınan ən isti günlər sırasında yer alıb.
Paytaxt Parisdə havanın temperaturu 40,3 dərəcəyə çatıb. Bordo şəhərində 41,8, Kazo şəhərində isə 43,6 dərəcə isti qeydə alınıb.
Yüksək temperaturun təsiri ilə bu gün ölkənin 72 əyalətində qırmızı xəbərdarlıq qüvvədədir.
İsti hava dalğası Fransada meşə yanğınları təhlükəsini də ciddi şəkildə artırıb. Hazırda 48 əyalətdə yanğın riski ilə əlaqədar narıncı xəbərdarlıq elan olunub.
















