Son dəqiqə

Gələn il üçün ehtiyac meyarı 314 manat nəzərdə tutulur

Cəmiyyət

2027-ci il üçün Azərbaycanda ehtiyac meyarının 314 manat məbləğində müəyyənləşdirilməsi təklif olunur.

Cagdas.az  xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində bildirilib.

Ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə tətbiq olunur.

Layihəyə əsasən, qanunun 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.