Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Gələn ilin büdcəsi ilə bağlı mühüm QƏRAR

Cəmiyyət

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib.

Cagdas.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində cari iqtisadi vəziyyət və 2026-2030-cu illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin proqnoz layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2027-2030-cu illərdə büdcə siyasətinin əsas məqsəd və hədəfləri, Ortamüddətli Xərclər Çərçivəsi, maliyyə-bank sektorunda cari vəziyyət və siyasət istiqamətləri və digər məsələlər ətraflı müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Sahil Babayevin və Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib. Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar tərəfindən müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla 2027-cı ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

İqtisadi Şuranın iclası keçirildi - FOTOLAR

İqtisadi Şuranın iclası keçirildi - FOTOLAR

İqtisadi Şuranın iclası keçirildi - FOTOLAR

İqtisadi Şuranın iclası keçirildi - FOTOLAR

İqtisadi Şuranın iclası keçirildi - FOTOLAR

İqtisadi Şuranın iclası keçirildi - FOTOLAR