Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

“Getcontact”da nömrənizi gizlətməyin yolu — VİDEO

Cəmiyyət

“Getcontact” tətbiqində nömrənizə qoyulmuş təqlərin (etiketlərin) kənar şəxslər tərəfindən görünməsini məhdudlaşdırmaq və ya tamamilə silmək mümkündür.

Cagdas.az bildirir ki, istəmədiyiniz etiketləri tətbiqin öz içindən təmizləyə bilərsiniz. Bunun üçün tətbiqə daxil olaraq “Profil” bölməsindən “Təqlərim” hissəsinə keçmək lazımdır. Gizlətmək istədiyiniz etiketin üzərindən sola çəkərək “Sil” və ya “Şikayət et” düyməsini sıxmaq kifayətdir. Təsdiqdən sonra həmin ad profilinizdə görünməyəcək.

Əgər nömrənizin ümumiyyətlə tətbiqdə axtarışa verilməsini və təqlərin görünməsini istəmirsinizsə, nömrəni bazadan tamamilə çıxara bilərsiniz. Rəsmi saytın “Visibility Settings” (Görünürlük ayarları) bölməsinə daxil olaraq görünürlüyü söndürmək lazımdır. Qaydalar çərçivəsində tətbiq olunan bu məhdudiyyətdən sonra nömrəniz 24 saat ərzində Getcontact sistemində görünməz olur.

Nəzərə almaq lazımdır ki, öz profilinizi gizlətdikdə digər şəxslərin də təqlərini görmək imkanınız məhdudlaşır./demokrat