Tarixi Göyçə gölünün səviyyəsi son 64 ilin ən yüksək göstəricisinə çatıb.
Cagdas.az xəbər verir ki, bu barədə Ermənistanın “Hidrometeorologiya və Monitorinq Mərkəzi”nin direktoru Levon Azizyan sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, 2026-cı il sentyabrın 1-nə Göyçə gölünün səviyyəsi 1900,70 metr təşkil edib.
Bildirilib ki, bu göstərici sentyabrın 1-i üzrə son 64 il ərzində qeydə alınan ən yüksək səviyyədir.
Azizyan qeyd edib ki, 2026-cı il Göyçə gölünün hidroloji rejimi baxımından çoxillik müşahidələr sırasında özünəməxsus göstəricilərlə seçilir.
Qeyd edək ki, Göyçə gölü tarixi Azərbaycan torpaqlarında yerləşən böyük göllərdən biridir. Göl və onun ətraf əraziləri aAzərbaycan tarixində, ədəbiyyatında və mədəni irsində mühüm yer tutur.\sfera.az\
















