Son dəqiqə
Günəşdən 360 milyon dəfə ağır qara dəlik kəşf edildi “Kainat gözəli 2026”nın qalibi bəlli oldu – FOTOLAR Yalan danışanın 20 əlaməti və onu üzə çıxarmağın yolları Meqan Marklın atasını 40 il həbs gözləyir – Ağır ittihamlar irəli sürüldü Bakıda ev almaq istəyənlər bu ünvanları nəzərdən keçirsin: İnşaatçılar, Keşlə, Əhmədli… Kəlbəcər azadlığının 6-cı ilində 681 sakin doğma yurda qayıdıb Zelenski ilə Macarsıstanın Baş naziri voleybol oynadılar – VİDEO Müavinət və təqaüd alanlara şad xəbər! İllərdir gözlənilən qərar verildi: Bu sənədlə torpağa çıxarış almaq mümkün olacaq Dövlət başçılarının bacı-qardaşları – 11 uşaqlı ailədə böyüyən, iki qardaşı ölən PREZİDENTLƏR

Günəşdən 360 milyon dəfə ağır qara dəlik kəşf edildi

Cəmiyyət

Avropa Kosmik Agentliyinin (ESA) “Evklid” kosmik teleskopu Böyük Partlayışdan təxminən 630 milyon il sonra mövcud olmuş ən uzaq kvazarı kəşf edib.

Cagdas.az xəbər verir ki, ESA-nın məlumatına görə, “J1504+6252” adı ilə tanınan və “Dun Aonghasa” kimi də adlandırılan obyekt kainatın hələ çox gənc olduğu dövrə – təxminən 13,1 milyard il əvvələ aiddir.

Bu tapıntı “Evklid”in bir neçə ay əvvəl qeydə aldığı ən uzaq kvazar rekordunu 40 milyon il üstələyir.

Təxminən 18 aylıq müşahidə məlumatlarının milyonlarla səma cismi arasında təhlil edilməsi nəticəsində tapılan kvazarın varlığı həm yerdəki, həm də kosmosdakı teleskoplarla aparılan müşahidələrlə təsdiqlənib. “James Webb” kosmik teleskopunun apardığı müşahidələr kvazarın mərkəzindəki qara dəliyin kütləsinin Günəşin kütləsindən təxminən 360 milyon dəfə böyük olduğunu göstərib. Maraqlısı budur ki, bu qara dəlik ətrafındakı maddəni digər uzaq kvazarlardakı analoqları ilə müqayisədə daha yavaş udur.

Kainatın cəmi 630 milyon il yaşında olduğu vaxt belə nəhəng kütləli qara dəliyin necə yaranması və bu qədər sürətlə böyüməsi alimlər üçün yeni suallar doğurur. Yeni nəticələr qara dəliklərin formalaşmasını və inkişafını izah edən mövcud nəzəri modelləri ciddi sınaq qarşısında qoyur. Mərkəzlərindəki supermassiv qara dəliklərin ətrafdakı qazı cəlb etməsi sayəsində böyük enerji buraxan kvazarlar qalaktikaların aktiv nüvələri kimi tanınır. 2023-cü ildə orbitə buraxılan “Evklid” kosmik teleskopu isə kainatın qaranlıq maddə və qaranlıq enerji kimi hələ tam öyrənilməmiş xüsusiyyətlərini araşdırır./qafqazinfo