Günün futbol qrafiki

Misli Premyer Liqasında bu gün III turun daha iki qarşılaşması keçiriləcək.

Cagdas.az xəbər verir ki, günün ilk matçında “Kəpəz” və “Turan Tovuz” komandaları üz-üzə gələcəklər.

Gəncə şəhər stadionunda təşkil olunacaq oyuna saat 18:00-da start veriləcək.

“Turan Tovuz” 4 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb. Heç bir xalı olmayan Gəncə klubu isə sonuncu – 12-cidir.

Günün digər qarşılaşmasında isə “Zirə” öz meydanında “Neftçi”ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matçın start fiti saat 20:15-də səslənəcək.

Hərəyə 6 xal əldə edən “Neftçi” ilə “Zirə” komandaları müvafiq olaraq 1 və 2-ci pillərdə qərarlaşıblar.\metbuat.az\

Bənzər Xəbərlər

XƏBƏR LENTİ