Norveç millisi futbol tarixinin ən yaddaqalan uğurlarından birinə imza ataraq Dünya Çempionatının 1/8 final mərhələsində Braziliyanı 2:1 hesabı ilə məğlub edib və ilk dəfə turnirin 1/4 finalına yüksəlib.
Çağdaş.Az xəbər verir ki, qələbənin memarı isə ulduz hücumçu Erlinq Haaland olub. O, ikinci hissədə vurduğu iki qolla komandasına tarixi qələbə qazandıraraq matçın qəhrəmanına çevrilib.
Oyundan sonra Norveç Kral Ailəsinin üzvləri – şahzadə İnqrid Aleksandra və şahzadə Sverre Maqnus komandanın soyunub-geyinmə otağına baş çəkiblər. Onlar futbolçuları bir-bir təbrik edib, tarixi uğur münasibətilə komandaya təşəkkürlərini çatdırıblar.
Xüsusilə şahzadə İnqrid Aleksandranın Erlinq Haalandı qucaqlayaraq ona xüsusi təşəkkür etməsi diqqətdən yayınmayıb. Həmin anlar sosial şəbəkələrdə sürətlə yayılıb və Norveçlə yanaşı beynəlxalq mediada da geniş müzakirə olunub.
Norveç mətbuatı yazır ki, soyunub-geyinmə otağında böyük sevinc yaşanıb, futbolçular və kral ailəsinin üzvləri tarixi uğuru birlikdə qeyd ediblər. Şahzadənin Haalanda göstərdiyi xüsusi diqqət isə görüşün ən çox danışılan məqamlarından biri olub./Referans Media/
















