Son dəqiqə
Galatasarayın ulduzu üçün yeni iddia: Yuventusun hədəfindədir Husilərdən təxliyə çağırışı: Ədən hava limanı hədəf alındı Yəməndə gərginlik artır: Husilər hava zərbəsi ilə bağlı açıqlama yaydı Ramiz Mehdiyev akademik adından məhrum edildi TDT XİN başçılarının müzakirə edəcəyi MÖVZULAR Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu İrəvanda Sülh Şurasının Nizamnaməsi təsdiqləndi Yaşayış minumumu və ehtiyac meyarı artırılır Xoşqədəm Hidayətqızından Ramiz Mehdiyev haqqında ŞOK İFŞALAR: “Məni öldürmək istəyirdilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” Yanvardan minimum əməkhaqqı artırılacaq

Hakimin Ramiz Mehdiyevə tətbiq etdiyi 70-ci maddə – Orada nə deyilir?

Cəmiyyət

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 311.3.3-cü (külli miqdarda törədildikdə” maddələri üzrə ittiham olunub.

Lakin hakim Murad Aslanovun sədrlik etdiyi məhkəmə humanist davranaraq Ramiz Mehdiyevi cəzaçəkmə müsəssisəsinə göndərməyib.
Ramiz Mehdiyevin mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.

Başqa sözlə, o, cəzasını penitensiar müəssisədə (həbsxanada) çəkməyəcək.

Bəs Ramiz Mehditevə tətbiq olunan Cinayət Məcəlləsinin 70-ci maddəsində nə deyilir?

Cagdas.az  saytı Cinayət Məcəlləsinin70-ci maddəsində qeyd olunanları diqqətə çatdırır:

Maddə 70. Şərti məhkum etmə

70.1. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.[84]

70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir.

70.4. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər.

70.5. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. [85]

70.6. Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.

70.7. Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər.

Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub. \modern.az\