Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hansı halda yük itirilmiş sayılacaq? – Qaydalarda DƏYİŞİKLİK

Cəmiyyət
“Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda dəyişiklik edilib.

Cagdas.az -ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, eləcə də müqavilə ilə müəyyən edilmiş çatdırılma müddətinin bitdiyi tarixdən 30 gün sonra yükalana təhvil verilməzsə, əksi sübut edilənədək yük itirilmiş sayılacaq.

Mövcud qanunvericilikdə isə yük razılaşdırılmış müddət keçdikdən sonra təyinat yerinə çatdırılmazsa və ya bu müddət daşıyıcı tərəfindən yük qəbul edildiyi gündən üç ay ərzində onunla razılaşdırılmazsa, itirilmiş sayılırdı.(ölkə.az)