Son dəqiqə

Hava ilə bağlı XƏBƏRDARLIQ – Günün ikinci yarısından…

Cəmiyyət

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

Milli Hidrometeorologiya Xidmətindən Cagdas.Az-a verilən məlumata görə, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

Qeyd olunub ki, günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq.