Son dəqiqə
Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb

Həftə ərzində az yatırsınızsa, bunu edin

Cəmiyyət

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər.

Cagdas.az    Milli.az-a istinadən xəbər verir ki, Koreya Universitetinin alimləri 7 il ərzində təxminən 41 min nəfərin məlumatlarını araşdırıblar. Tədqiqatın nəticələri Münhendə keçirilən Avropa Kardiologiya Cəmiyyətinin konfransında təqdim olunub.

Araşdırma nəticəsində həftəsonu əlavə yatmağın hipertoniya ehtimalının azalması ilə əlaqəli olduğu müəyyən edilib. Xüsusilə həftəsonu təxminən 2 saat əlavə yuxunun yüksək qan təzyiqi riskinin azalması ilə əlaqələndirildiyi bildirilib.

Fiziki cəhətdən hərəkətsiz iştirakçılarda isə daha nəzərəçarpan nəticə əldə olunub. Bu qrupda hipertoniya riski 6,9 faiz daha aşağı olub.

Alimlər müəyyən ediblər ki, əlavə 1 saat 27 dəqiqə yuxu yüksək qan təzyiqi ehtimalının 9 faiz azalması ilə əlaqəlidir. Lakin həftəsonu əlavə yuxunun 4 saatdan çox olması əksinə, hipertoniya riskinin artması ilə əlaqələndirilib.

Tədqiqat müəlliflərindən doktor Nawton Lee bildirib ki, yuxu çatışmazlığı orqanizmə əlavə stress yaradır, ürək və damarların daha çox işləməsinə və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Onun sözlərinə görə, həftəsonu bir qədər çox yatmaq orqanizmə bərpa olunmaq imkanı verə bilər.

Mütəxəssislər bununla yanaşı, fiziki aktivliyin də yüksək təzyiqin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayırlar.

“British Journal of Sports Medicine” jurnalında dərc olunan başqa bir araşdırmada yüksək intensivlikli interval məşqləri, qaçış, velosiped sürmə və üzgüçülük kimi aerobik fəaliyyətlərin qan təzyiqinin aşağı salınmasına kömək etdiyi müəyyən edilib.