• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
30° Weather Columbus
$
1.7
€
1.9703
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Hindistan Mərkəzi Asiyaya girir: Özbəkistan Modi üçün “lokomotiv”ə çevrilir

31 Avqust, 26 / 20:03
A A

Mərkəzi Asiyada geosiyasi və iqtisadi rəqabət getdikcə daha da kəskinləşir. Çin regionda mövqelərini genişləndirərkən Hindistan da bu prosesdən kənarda qalmaq niyyətində deyil. Yeni Dehli regionda təsir imkanlarını artırmaq üçün Özbəkistanı əsas strateji tərəfdaşlardan biri kimi önə çıxarır.

Cagdas.az xəbər veriri ki mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, Narendra Modinin Daşkəndə son səfəri də Hindistanın Mərkəzi Asiyaya yönəlmiş siyasətində Özbəkistan amilinin əhəmiyyətini bir daha ortaya qoyub:

“Azərbaycan Prezidenti İlham Əliyevdən sonra Özbəkistana Hindistanın baş naziri Narendra Modi səfər edib. Özbəkistan prezidenti Şavkat Mirziyoyev Narendra Modi ilə görüşdə Hindistanı ölkəsi üçün vacib və perspektivli strateji tərəfdaş kimi qiymətlənirib. Mirziyoyev Narendra Modiyə Özbəkistanın ali mükafatını təqdim edib. Şavkat Mirziyoyev Narendra Modi ilə əməkdaşlığın bütün istiqamətlərilə bağlı geniş fikir mübadiləsi aparıb. Liderlər hərtərəfli strateji tərəfdaşlığı gücləndirmək barədə, o cümlədən qarşılıqlı ticarəti 2030-cu ilə qədər 5 milyard dollara çatdırmaq barədə razılığa gəliblər. Hazırda iki ölkə arasında ticarət mübadiləsinin həcmi 1 milyard dollar civarındadır. Deməli, iki ölkə yaxın 3-4 ildə müxtəlif ortaq layihələr reallaşdırmalıdır ki, ticarət mübadiləsini 5 dəfə artıra bilsinlər. Təsadüfi deyil ki, son bir neçə ildə müştərək müəssisələrin sayı yeddi dəfə artıb. Özbəkistanla Hindistan arasında təyyarə uçuşlarının sayının artması isə turizmin inkişafına təkan vermək məqsədi daşıyır. Ümumilikdə liderlər Daşkənddə əməkdaşlığın müxtəlif sahələrini əhatə edən xeyli sənəd imzalayıblar”.

Elxan Şahinoğlu vurğulayıb ki, Özbəkistan Hindistanla siyasi əlaqələri inkişaf etdirməklə yanaşı, hökumətlərarası komissiyanın fəaliyyətini gücləndirməyə də qərar verib:

“Liderlər əməkdaşlığın perspektivli sahələri kimi enerji, elektrotexnika, metallurgiya, vacib minerallar, səhiyyə, əczaçılıq, kənd təsərrüfatı və zərgərlik sənayesinin inkişafını göstəriblər. Liderlər ümumi sözlərlər kifayətlənməyərək vurğuladıqları hər bir prioritet sahə üçün konkret icra mexanizmləri, məsul şəxslər və son tarixlər göstərilməklə hökumətlərinə ayrıca “yol xəritələri” hazırlamağı göstəriş veriblər. İki ölkənin lideri beynəlxalq və regional, o cümlədən BMT, Şanşay Əməkdaşlıq Təşkilatı, BRİCS təşkilatlar çərçivəsində koordinasiyanın vacibliyini də vurğulayıblar. Hindistanın baş nazirinin Özbəkistana səfəri xeyli müddətdir hazırlanırdı. Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov bu məqsədlə avqustun əvvəlində Hindistana 4 günlük səfər etmişdi. Hindistan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı dərinləşdirməyə qərar verib. Yeni Dehli bu mənada Mərkəzi Asiyada marağı olan rəqibi Çindən geri qalmaq istəmir. Öz nəvbəsində Özbəkistan Hindistanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazırdır”.

Politoloqun sözlərinə görə, hazırda Hindistan Özbəkistanın ən yaxşı 10 ticarət tərəfdaşı arasında yer alır:

“Hindistan əczaçılıq məhsulları, mühəndislik malları, nəqliyyat vasitələrinin komponentləri, optik avadanlıqlar, mobil telefonlar və dondurulmuş camış əti ixrac edir, eyni zamanda Özbəkistandan meyvə, tərəvəz, gübrə, şirə və sürtkü yağları idxal edir. Özbəkistan Hindistana Mərkəzi Asiyada möhkəmlənmək üçün lokomotiv rolunu oynamaq funksiyasını öz üzərinə götürüb”.

Bənzər Xəbərlər

Cəmiyyət

2048,7 hektar ərazi minalardan təmizlənib

Avqust 31, 2026
Cəmiyyət

İrandan gələn məhsullar bahalaşacaq – ABŞ ticarəti çətinləşdirir

Avqust 31, 2026
Cəmiyyət

Maşını əlindən aldılar, pulu mənimsənildi, YOLDA QARŞISINI KƏSDİLƏR… – Nazirə MÜRACİƏT

Avqust 31, 2026
Cəmiyyət

Əhalinin bankdakı pulu artır, şirkətlərin depoziti azalır – Səbəb nədir?

Avqust 31, 2026
Cəmiyyət

Hövsanda su KƏSİLƏCƏK

Avqust 31, 2026
Cəmiyyət

Ceyhun Bayramov və Ararat Mirzoyan söhbət ediblər – VİDEO

Avqust 31, 2026

XƏBƏR LENTİ

2048,7 hektar ərazi minalardan təmizlənib

31 Avqust, 26 / 21:10

İrandan gələn məhsullar bahalaşacaq – ABŞ ticarəti çətinləşdirir

31 Avqust, 26 / 20:54

Maşını əlindən aldılar, pulu mənimsənildi, YOLDA QARŞISINI KƏSDİLƏR… – Nazirə MÜRACİƏT

31 Avqust, 26 / 20:37

Əhalinin bankdakı pulu artır, şirkətlərin depoziti azalır – Səbəb nədir?

31 Avqust, 26 / 20:22

Hindistan Mərkəzi Asiyaya girir: Özbəkistan Modi üçün “lokomotiv”ə çevrilir

31 Avqust, 26 / 20:03

Hövsanda su KƏSİLƏCƏK

31 Avqust, 26 / 19:43

Ceyhun Bayramov və Ararat Mirzoyan söhbət ediblər – VİDEO

31 Avqust, 26 / 19:26

Prezident və xanımı 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində

31 Avqust, 26 / 19:11

Bişkekdə Əliyevlə Pezeşkian görüşüb – GÖRÜNTÜLƏR

31 Avqust, 26 / 18:56

Putin də Qırğızıstana getdi – bir sıra liderlərlə görüşəcək

31 Avqust, 26 / 18:41
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.