Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Hökumət bu il üçün büdcə göstəricilərini AÇIQLADI

Cəmiyyət

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xəzinədarlıq orqanları 864 mindən çox ödəniş tapşırığı icra edib.

Cagdas.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 8 ayda icmal büdcənin gəlirləri 32 milyard 799,6 milyon manat, xərcləri 26 milyard 967,5 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 26 milyard 486,5 milyon manat, xərcləri 22 milyard 770,6 milyon manat təşkil edib.

Son nəticədə icmal büdcədə 5 milyard 832,1 milyon manat, dövlət büdcəsində isə 3 milyard 715,9 milyon manat profisit olub.

Hesabat dövründə büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 12 milyard 619,1 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 326,9 milyon manat, İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 37,7 milyon manat, sair daxilolmalar 462,5 milyon manat, Dövlət Neft Fondundan transfert 8 milyard 559 milyon manat, büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 481,3 milyon manat təşkil edib.\modern.az\