• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.2° Weather Columbus
$
1.7
€
1.9622
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

I qrupda təhsil haqları: ən ucuz və ən bahalı İXTİSASLAR

11 Avqust, 26 / 11:42
A A

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul planında I ixtisas qrupu üzrə illik təhsil haqları universitet və ixtisasdan asılı olaraq fərqlənir.

Cagdas.az –ın “Abituriyent” jurnalının 4-cü nömrəsindən əldə etdiyi məlumata görə, I qrup üzrə ödənişli əsaslarla təhsil haqqı 1300 manatdan başlayır, bəzi universitetlərdə isə 6000 manata qədər yüksəlir.

Ən aşağı təhsil haqqı Gəncə Dövlət Universitetində müəyyənləşdirilib. Universitetdə kompüter elmləri ixtisası üzrə illik təhsil haqqı 1300 manatdır.

Aşağı təhsil haqqı ilə seçilən ixtisaslar Azərbaycan Texnologiya Universitetində də var. Burada maşın mühəndisliyi, metallurgiya mühəndisliyi və sənaye mühəndisliyi üzrə illik ödəniş 1350 manat, proseslərin avtomatlaşdırılması mühəndisliyi, eləcə də radiotexnika və telekommunikasiya mühəndisliyi üzrə 1450 manatdır.

Azərbaycan Dövlət Aqrar Universitetində həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə təhsil haqqı 1500 manat, elektrik və elektronika mühəndisliyi, energetika mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi və maşın mühəndisliyi üzrə 1550 manatdır.

Naxçıvan Dövlət Universitetində meliorasiya mühəndisliyi üzrə illik təhsil haqqı 1500 manat, fizika müəllimliyi, fizika, riyaziyyat, eləcə də yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisaslarında 1600 manatdır. Universitetdə I qrupa daxil olan bir sıra digər ixtisaslarda təhsil haqqı 1700-1800 manat arasında dəyişir.

Mingəçevir Dövlət Universitetində isə I qrup üzrə şəkildə göstərilən ödənişli ixtisasların böyük hissəsində illik təhsil haqqı 1600 manat müəyyən edilib. Bunların sırasında kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, energetika mühəndisliyi və digər ixtisaslar var.

Paytaxt universitetlərində təhsil haqları əsasən daha yüksəkdir. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) I qrup üzrə ekologiya mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, kommunikasiya sistemləri mühəndisliyi, maşın mühəndisliyi, materiallar mühəndisliyi və sənaye mühəndisliyində illik ödəniş 2000 manat, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kompüter mühəndisliyində isə 2200 manatdır.

Bakı Dövlət Universitetində I qrup üzrə təhsil haqqı əsasən 2200-3000 manat arasında dəyişir. Ən yüksək ödəniş kompüter elmləri üzrədir – 3000 manat. İnformatika müəllimliyində illik təhsil haqqı 2200, bir sıra fundamental və mühəndislik ixtisaslarında isə 2500-2700 manatdır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində əksər I qrup ixtisaslarında illik təhsil haqqı 2700 manat, bəzi ixtisaslarda isə 2500 manatdır.

Bakı Mühəndislik Universitetində təhsil haqqı ixtisas və tədris dilindən asılı olaraq 2400-3100 manat arasında dəyişir. İngilis dilində tədris olunan kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi və memarlıq kimi bəzi ixtisaslarda illik ödəniş 3100 manata çatır.

Özəl ali məktəblər arasında daha yüksək məbləğlərə rast gəlinir. Qərbi Kaspi Universitetində informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kompüter mühəndisliyi üzrə illik təhsil haqqı 4000 manat, kompüter elmlərində 3800 manat, memarlıqda isə 3900 manatdır.

Təqdim olunan qəbul planında manatla göstərilən ən yüksək sabit illik təhsil haqlarından biri ADA Universitetindədir. Universitetdə ödənişli yerlər üzrə kompüter elmləri, riyaziyyat, elektrik və elektronika mühəndisliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, qida texnologiyaları, memarlıq, şəhərsalma və heyvandarlıq ixtisaslarında illik təhsil haqqı 6000 manatdır.

Bakı Ali Neft Məktəbində ödənişli yerlər üzrə kompüter elmləri, data analitikası, informasiya təhlükəsizliyi, kimya mühəndisliyi, kompüter mühəndisliyi, neft-qaz mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyində illik təhsil haqqı 4500 manatdır.

Beləliklə, I qrup ixtisasları arasında ən aşağı illik təhsil haqqı 1300 manat, ən yüksək məbləğ isə 6000 manatdır.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycan XİN Çadı təbrik etdi

Avqust 11, 2026
Cəmiyyət

Şuşa Bəyannaməsi: Azərbaycan və Türkiyənin qarşılıqlı öhdəlikləri nələrdir?

Avqust 11, 2026
Cəmiyyət

Maşınları arxadan çəkən radarla bağlı rəsmi AÇIQLAMA

Avqust 11, 2026
Cəmiyyət

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul etdi

Avqust 11, 2026
Cəmiyyət

Avropada havanın temperaturu yenidən yüksələcək

Avqust 11, 2026
Cəmiyyət

Babək prospektində avtomobil salonu yanıb – VİDEO

Avqust 11, 2026

XƏBƏR LENTİ

Azərbaycan XİN Çadı təbrik etdi

11 Avqust, 26 / 12:38

Şuşa Bəyannaməsi: Azərbaycan və Türkiyənin qarşılıqlı öhdəlikləri nələrdir?

11 Avqust, 26 / 12:25

Maşınları arxadan çəkən radarla bağlı rəsmi AÇIQLAMA

11 Avqust, 26 / 12:10

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul etdi

11 Avqust, 26 / 11:56

I qrupda təhsil haqları: ən ucuz və ən bahalı İXTİSASLAR

11 Avqust, 26 / 11:42

Avropada havanın temperaturu yenidən yüksələcək

11 Avqust, 26 / 11:27

Babək prospektində avtomobil salonu yanıb – VİDEO

11 Avqust, 26 / 11:15

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

11 Avqust, 26 / 11:01

Müəllimlərin maaşı ilə bağlı YENİ TƏKLİF

11 Avqust, 26 / 10:47

İran Parlamenti 2 həftəyə Hörmüzlə bağlı məsələyə baxacaq

11 Avqust, 26 / 10:33
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.