Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İçərişəhərdə divarlar yazıldı – POLİSDƏN AÇIQLAMA

Cəmiyyət

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarixi binanın üzərinin yazılmasına münasibət bildirib.

Cagdas.az xəbər verir ki, idarədən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, dünyanın müxtəlif şəhərlərində bu kimi hallara rast gəlinir.

“Yazıların olduğu səth istənilən vaxt təmizlənə və yenidən rənglənə bilən hissədir və bu yazılar tarixi irsə fiziki zərər vurmur. Dünyanın müxtəlif şəhərlərində bu kimi hallar müşahidə olunur. Bu baxımdan, müəyyən edilmiş səth çərçivəsində yaranan spontan yazılara bir növ “Art Wall” – xatirə və ifadə divarı kimi yanaşmaq mümkündür”, – məlumatda vurğulanıb.

Qeyd olunub ki, abidələrə, qədim daşlara və autentik memarlıq elementlərinə hər hansı müdaxilə yolverilməzdir və ciddi nəzarətdə saxlanılır:

“Hazırda məsələ polis və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən nəzarətə götürülüb. Binanın əsas yola çıxan fasad hissəsi isə “İçərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təmizlənərək mövcud neqativ hal aradan qaldırılıb”.