Çində baş tutan APEC sammiti bir çox baxımdan diqqət çəkib. Rusiya Prezidenti Vladimjr Putinin səfərə nüvə çantası ilə getməsi maraq doğurub. Həmçinin Çin lideri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın bir masada, Rusiya prezidentinin isə başqa masada oturması müzakirələrə səbəb olub.
Putinin nüvə çantası mesajı nədir? Tramp və Cinpinin birlikdə, Putinin isə ayrı masada oturması necə dəyərləndirilməlidir?
Referans Media-ın məlumatına görə, Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Putinin nüvə çantası dünyada geosiyasi böhranın dərinləşməsi fonunda qlobal güclər arasında hələ heç nəyin aydınlaşdırılmadığının, eyni zamanda Rusiyanın qlobal güc olduğunun mesajı kimi dəyərləndirilə bilər:
“Əlbəttə, belə tədbirlərdə heç nə təsadüfi olmur, o cümlədən də protokol.
Nəzərə almalıyıq ki, Rusiya və Çin strateji tərəfdaşdır və xüsusilə Ukrayna müharibəsindən sonra bu iki ölkə arasında bir sıra sazişlər imzalanıb. Amma Rusiya da, Çin də ABŞ ilə münasibətlərin gərginləşməməsini istəyir. Çin Tayvan probleminin dərinləşməsində və ABŞ ilə hərbi qarşıdurma fazasına keçməsində maraqlı deyil. Eyni zamanda qlobnal iqtisadi rəqabətdə olduğu ABŞ ilə münasibətlərini normallaşdırmaq və bu istiqamətdə də yaşanan problemləri həll etmək istiqamətində addımlar atır. Çünki ABŞ bir bazar olaraq Çin üçün böyük əhəmiyyət daşıyır. Çinin ABŞ-a ixracının həcmi, ABŞ-ın Çinə ixracatlından 3 dəfə çoxdur. Təqribən 500 milyard dollara yaxın ticarət dövriyyəsindən söhbət gedir.

Əli Zülfüqaroğlu
Tarif və digər amillər iki ölkə arasında ticari münasibətlərə mənfi təsir göstərir ki, bundan daha çox Çin ziyan çəkir. Təbii ki, ABŞ üçün də mənfi tendensiya yaranır. Ona görə də ABŞ ilə münasibətlərin qaydasına salınması Çin üçün əsas prioritetdir. Bu baxımdan ABŞ liderinə daha isti münasibət, Trampın Çin lideri tərəfindən qarşılanmasının bu amildən qaynaqlanma ehtimalı var.
Tramp Ukrayna məsələsində Rusiyaya açıq və gizli dəstək verib, hazırda da bu proses müşahidə olunur.
Ona görə də Çin liderinin bu addımı pərdaraxasında ABŞ-la Rusiya arasında Pekini qane etməyən razılaşma ehtimalları ilə də bağlı ola bilər”.


