• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25° Weather Columbus
$
1.7
€
1.9696
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İkinci əl avtomobil alarkən aldanmayın: VACİB XƏBƏRDARLIQ

17 Avqust, 26 / 18:33
A A

İkinci əl avtomobil bazarında alıcıların ən çox qarşılaşdığı problemlərdən biri kosmetik baxımdan səliqəli görünən, lakin daxili sistemlərində ciddi nasazlıqlar olan nəqliyyat vasitələridir. Çox vaxt alıcılar yalnız aldadıcı xarici görünüşə, iri disklərə və ya xüsusi işıq sistemlərinə aldanaraq texniki yoxlama aparmadan qərar verirlər. Lakin təcrübə göstərir ki, hətta ən təcrübəli ustalar və servis diaqnostikası belə daxili zədələri 100% zəmanətlə aşkar edə bilmir. Xüsusilə xaricdən, məsələn, Amerika, Koreya və ya Avropadan onlayn hərraclar vasitəsilə görmədən gətirilən avtomobillər alıcılar üçün adətən fərqli effekt yaradır. Bu səbəbdən mütəxəssislər imkan daxilində büdcəyə uyğun yeni nəqliyyat vasitələrinə üstünlük verməyi məsləhət görürlər.

Cagdas.az bildiriri ki mövzu ilə bağlı  oxu24.com -a açıqlama verən tənzimləmə və təmir üzrə mütəxəssis, avtomobil ustası Sahil Ağabəyli ikinci əl bazarındakı mövcud vəziyyəti və alıcıların diqqət etməli olduğu məqamları belə açıqlayıb:

“İkinci əl avtomobil bazarında alqı-satqı zamanı həm alıcının, həm də satıcının aldadılması halları mümkündür. Avtomobildə olan bəzi texniki nasazlıqlar hətta bir neçə mütəxəssis tərəfindən aparılan baxış zamanı belə müəyyən edilməyə bilər. Bu səbəbdən avtomobilə texniki baxış keçirilməsi onun bütün problemlərinin 100 faiz müəyyənləşdiriləcəyinə zəmanət vermir”.

Onun sözlərinə görə, ustanın baxışı zamanı avtomobilin kuzovunda təmir və boya izləri, mühərrikin ümumi işləmə vəziyyəti, sürətlər qutusunun fəaliyyəti, asqı sistemi və digər görünən texniki problemlər barədə ilkin məlumat əldə etmək mümkündür. Lakin mühərrikin və ya sürətlər qutusunun daxili vəziyyətini tam müəyyənləşdirmək üçün yalnız vizual baxış və sınaq sürüşü kifayət etmir. Bu səbəbdən mütəxəssis tərəfindən avtomobilin bütün nasazlıqları ilə bağlı tam zəmanət verilməsi də mümkün deyil.

Sahil usta qeyd edib ki, bəzi hallarda isə alıcılar avtomobilin texniki vəziyyətindən daha çox xarici görünüşünə diqqət yetirirlər:

“Böyük ölçülü disklər, yeni təkərlər, LED və ya ksenon işıqlar kimi əlavə avadanlıqlar avtomobilin real texniki vəziyyətinin diqqətdən kənarda qalmasına səbəb ola bilər”.

O həmçinin vurğulayıb ki, xüsusilə xaricdən, o cümlədən ABŞ, Cənubi Koreya və Avropa ölkələrindən onlayn platformalar vasitəsilə sifariş edilən avtomobillərlə bağlı risklər daha yüksək ola bilər. Alıcı avtomobili fiziki olaraq görmədən yalnız foto və video materiallara əsasən seçim etdikdə, avtomobil Azərbaycana gətirildikdən sonra onun real vəziyyətinin təqdim edilən görüntülərdən fərqli olduğu üzə çıxa bilər. Bu baxımdan xaricdən avtomobil sifariş edilərkən onun tarixçəsinin, texniki vəziyyətinin və əvvəlki zədələrinin mümkün qədər ətraflı araşdırılması vacibdir.

Usta əlavə edib ki, mütəxəssislər ikinci əl avtomobil alan şəxslərə avtomobili mütləq peşəkar ustaya göstərməyi tövsiyə edirlər:

“Texniki baxış bütün riskləri aradan qaldırmasa da, avtomobilin mövcud vəziyyəti və mümkün problemləri barədə daha dolğun təsəvvür formalaşdırmağa imkan verir. Bununla yanaşı, alıcının yalnız avtomobilin xarici görünüşünə deyil, onun texniki vəziyyətinə və servis tarixçəsinə də diqqət yetirməsi tövsiyə olunur”.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Bakıda vəzifəli şəxs həbs edildi

Avqust 17, 2026
Cəmiyyət

Bakının MDB-dəki addımı nə anlama gəlir? – AÇIQLAMA

Avqust 17, 2026
Cəmiyyət

Pensiyalarla bağlı vacib məlumat

Avqust 17, 2026
Cəmiyyət

Binaların eyvanlarını bağlamağa hansı hallarda icazə verilir? – AÇIQLAMA

Avqust 17, 2026
Cəmiyyət

Daşınmaz əmlak bazarında xaos: Günah maklerlərdə deyil, qanunlarımızdadır

Avqust 17, 2026
Cəmiyyət

Məktəbli formalarında dəyişiklik olacaq? – Qiymətlər endirildi

Avqust 17, 2026

XƏBƏR LENTİ

Bakıda vəzifəli şəxs həbs edildi

17 Avqust, 26 / 19:03

Bakının MDB-dəki addımı nə anlama gəlir? – AÇIQLAMA

17 Avqust, 26 / 18:47

İkinci əl avtomobil alarkən aldanmayın: VACİB XƏBƏRDARLIQ

17 Avqust, 26 / 18:33

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 11 099 nəfər artıb

17 Avqust, 26 / 18:18

Pensiyalarla bağlı vacib məlumat

17 Avqust, 26 / 18:04

Binaların eyvanlarını bağlamağa hansı hallarda icazə verilir? – AÇIQLAMA

17 Avqust, 26 / 17:50

Daşınmaz əmlak bazarında xaos: Günah maklerlərdə deyil, qanunlarımızdadır

17 Avqust, 26 / 17:36

Məktəbli formalarında dəyişiklik olacaq? – Qiymətlər endirildi

17 Avqust, 26 / 17:22

DSX-nin hərbi qulluqçuları təltif edilib – SİYAHI

17 Avqust, 26 / 17:08

Prezident bu qanunu təsdiqlədi

17 Avqust, 26 / 16:55
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.