Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

“İlhamə Quliyeva çox qəlblər qırırdı, ona görə də…”

Maqazin

Xalq artisti Röya Ayxan “Tarixin bir günü” verilişində maraqlı fikirləri ilə diqqət çəkib.

Cagdas.az milli.az-a istinadən xəbər verir ki, pop ulduz xüsusilə mərhum Xalq artisti İlhamə Quliyeva barədə söylədikləri ilə gündəmə gəlib.

Röya bildirib ki, İlhamə Quliyevanın sənətdəki yeri heç vaxt doldurula bilməz:

“Çox qəlblər qırırdı, çox əsəbi adam idi, buna görə bir çox sənət adamı onun yerində özünü görmək istəmirdi. Amma nə olursa-olsun, o böyük sənətkar idi. Onun yerində ola bilmərik. O, dahi olub”.

Sənətçi eyni zamanda bəzi gənc ifaçıların İlhamə Quliyeva barədə tənqidi fikirlərinə də etiraz edib:

“Onun arxasınca danışan gənclərin söz deməyini ümumiyyətlə qəbul etmirəm. Çünki mən də vaxtilə belə səhvlər etmişəm. Sonra mənim yaşlarıma çatanda sakitləşdirici dərmanlar qəbul etməsinlər”.

Röyanın sözləri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub və tamaşaçılar arasında müxtəlif reaksiyalar doğurub.