• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9609
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İlin son Günəş tutulması baş verəcək

03 Avqust, 26 / 22:07
A A

2026-cı ilin ikinci və son Günəş tutulması avqustun 12-də baş verəcək. Bu tutulma, tam Günəş tutulması olacaq.

Cagdas.az xəbər veriri ki Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Modern.az-a verilən xəbərə görə, tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya, həmçinin Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə ediləcək. Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək.

Bakı vaxtı ilə tutulma saat 19:34-də başlayacaq və 23:57-də başa çatacaq. Maksimum faza isə saat 21:46-da baş verəcək. Ümumilikdə təxminən 5 saat çəkəcəyi gözlənilən tutulma hadisəsi zamanı, günəş diskinin tam tutulması təqribən 7 dəqiqə davam edəcəkdir.

Məlumat üçün bildiririk ki, tutulmaların tipi iki əsas faktordan asılıdır. Birinci faktor Günəş, Ay və Yerin kosmosdakı qarşılıqlı vəziyyəti, digəri isə müşahidəçinin özünün mövqeyidir. Ay orbitinin Yer orbiti ilə kəsişmə nöqtəsində yeni Ay fazası baş verdikdə və Günəş, Ay və Yer eyni xətt üzərində yerləşdikdə Günəş tutulması yaranır. Bu kəsişmə nöqtələri astronomiyada düyün nöqtələri adlanır. Tam Günəş tutulmasını yalnız Ayın tam kölgəsinə düşən müşahidəçi izləyə bilir. Kölgə mərkəzindən uzaqlaşdıqca Günəş diskinin örtülmə faizi azalır və yarımkölgədəki müşahidəçi isə ancaq qismən tutulma görür. Əgər Ay düyün nöqtəsindən bir az uzaqda yerləşərsə, bu zaman ümümiyyətlə tam tutulma müşahidə olunmur. Müşahidə mövqeyindən asılı olmayaraq, ancaq qismən tutulma müşahidə olunur. Həmçinin Ay öz orbitinin apogeyində olarsa, bu zaman tam yox, halqalı Günəş tutulması müşahidə olunur. Çünki Yerdən ən uzaq mövqedə yerləşən Ay Günəşin diskini tam ötə bilmir.

Cari ilin ilk Günəş tutulması kimi son Günəş tutulması da Azərbaycandan müşahidə olunmayacaq. Azərbaycandan müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş vermiş qismən Günəş tutulması olub. Növbəti müşahidə edilə biləcək tutulma isə 2 avqust 2027-ci ildə baş verəcək. Bu tutulma tam Günəş tutulması olsa da, Azərbaycandan tam kölgə zolağından kənarda qaldığı üçün yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.

Qeyd edək ki, 12 avqustda baş verəcək Günəş tutulmasını linkə daxil olaraq izləmək mümkün olacaqdır.

Bənzər Xəbərlər

Cəmiyyət

Poverbanklardan istifadə edənlərə xəbərdarlıq: Gizli təhlükələri açıqlandı

Avqust 3, 2026
Cəmiyyət

Nəriman Həsənzadədən sonra neçə “Xalq şairi” və “Xalq yazıçısı” sağ qalıb… – SİYAHI

Avqust 3, 2026
Cəmiyyət

Alimlər yeni planet aşkarladılar

Avqust 3, 2026
Cəmiyyət

İpoteka kreditləri azaldı: Mənzillər ucuzlaşa bilər?

Avqust 3, 2026
Cəmiyyət

Bu simvolun mənasını bilirsiniz? – Milyonlarla insan hər gün ondan istifadə edir

Avqust 3, 2026
Cəmiyyət

Süd məhsulları ilə bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? – Video

Avqust 3, 2026

XƏBƏR LENTİ

Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR

03 Avqust, 26 / 23:00

Poverbanklardan istifadə edənlərə xəbərdarlıq: Gizli təhlükələri açıqlandı

03 Avqust, 26 / 22:47

Osimhen getmək istəyir – “Qalatasaray”da böhran

03 Avqust, 26 / 22:34

Nəriman Həsənzadədən sonra neçə “Xalq şairi” və “Xalq yazıçısı” sağ qalıb… – SİYAHI

03 Avqust, 26 / 22:20

İlin son Günəş tutulması baş verəcək

03 Avqust, 26 / 22:07

Alimlər yeni planet aşkarladılar

03 Avqust, 26 / 21:53

İpoteka kreditləri azaldı: Mənzillər ucuzlaşa bilər?

03 Avqust, 26 / 21:46

Bu simvolun mənasını bilirsiniz? – Milyonlarla insan hər gün ondan istifadə edir

03 Avqust, 26 / 21:33

Süd məhsulları ilə bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? – Video

03 Avqust, 26 / 21:20

Azərbaycanda 1700 nəfər orqan donoru olmaq üçün müraciət edib

03 Avqust, 26 / 21:08
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.