Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

İmran Xan öldürülüb? – Rəsmi açıqlama

Dünya

Ötən gün mətbuatda Pakistanın həbsdə olan sabiq baş naziri İmran Xanın öldürülməsi barədə xəbərlər yayılıb.

Cagdas.az milli.az-a istinadən xəbər verir ki, Adiala Həbsxanası İmran Xanın öldürüldüyü və müəssisədən çıxarıldığı barədə yayılan məlumatları təkzib edib.

Bildirilib ki, o, hazırda həbsxanadadır və səhhəti stabil vəziyyətdədir. Rəsmilər şayiələrin əsassız olduğunu, keçmiş baş nazirin daimi tibbi nəzarətdə saxlanıldığını vurğulayıb.

Açıqlama son günlər sosial mediada yayılan şayiələri aradan qaldırmaq məqsədi daşıyır.

Xatırladaq ki, İmran Xan və onun həyat yoldaşı 2024-cü ilin yanvarında korrupsiya ittihamı ilə 14 il azadlıqdan məhrum edilib. Bununla yanaşı, o, dövlət sirrini yaydığına görə daha 10 il həbs cəzası alıb.