Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti artıb

Cəmiyyət
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu ilin I yarısını 14,724 milyon manat mənfəətlə başa vurub.

Cagdas.az   Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % çoxdur.

Yanvar-iyun aylarında İKZF-nın faiz gəlirləri 63,059 milyon manat (1 il əvvələ nisbətən 15,9 % çox), faiz xərcləri 40,83 milyon manat (18,1 % çox), gözlənilən kredit zərəri 387 min manat (41,5 % az), haqq və komissiya gəlirləri 719 min manat (20,2 % çox), haqq və komissiya xərcləri 1,248 milyon manat (4,2 % çox), digər gəlirləri 925 min manat (7,6 % çox), insan resursları üzrə xərcləri 4,608 milyon manat (5,3 % çox), inzibati və digər xərcləri isə 2,905 milyon manat (20 % çox) təşkil edib.

Bu il iyulun 1-nə İKZF-nın aktivləri 4 milyard 149,958 milyon manat olub ki, bu da illik müqayisədə 13 % çoxdur. Bunun 2 milyard 615,661 milyon manatı müştərilərə verilmiş ipoteka kreditləridir. Son 1 ildə Fondun kredit portfeli 8,4 % böyüyüb.

Hesabat dövründə Fondun öhdəlikləri 15,1 % artaraq 2 milyard 753,095 milyon manata, o cümlədən buraxdığı borc qiymətli kağızlarının ümumi dəyəri 15,1 % artaraq 2 milyard 675,101 milyon manata, balans kapitalı isə 8,9 % artaraq 1 milyard 396,863 milyon manata, o cümlədən nizamnamə kapitalı 8 % artaraq 1 milyard 153,4 milyon manata çatıb.

Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradib(ölkə.az)