Son dəqiqə

İrəvanda Qarabağ müharibəsinə aid abidəni dağıtdılar

Cəmiyyət

İrəvanda naməlum şəxslər Qarabağ müharibəsində ölən ernəni döyüşçülərin xatirəsinə ucaldılmış xaçkarı (xaç formalı daş abidə) zədələyiblər.

Cagdas.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisənin gecə saatlarında baş verdiyi ehtimal olunur.

Xaçkar 2007-ci ildə İrəvanın Adonts küçəsində ucaldılıb.

Qeyd edək ki, bu, həmin memoriala qarşı ilk hadisə deyil. Oxşar olay 2022-ci ilin avqustunda da baş verib.\modern.az\