• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.6° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

İran “Tramp marşrutu”na raketlə vura bilər - SENSASİON iddia

14 Mart, 26 / 12:02
A A

Rusiya nəşri yazır ki, əgər amerikalılar Yaxın Şərqdə məğlub olub bölgədən geri çəkilsələr, TRIPP layihəsinin həyata keçirilməsində də daha maraqlı olmayacaq

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, “Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi İranda baş verən hadisələr səbəbindən gecikə bilər. O, keçirdiyi son brifinqdə bildirib ki, hazırda TRIPP ABŞ administrasiyasının prioritetləri sırasında deyil. Musavat.com xəbər verir ki, bu barədə “Moskovskiy komsomelts” nəşri yazır.
“Ermənistanın Sünik vilayəti ərazisindən keçəcək və Azərbaycanı Naxçıvanla birləşdirəcək 42 kilometrlik nəqliyyat dəhlizi barədə razılaşma 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünün yekununda əldə olunmuşdu. Bu razılaşma ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakı və İrəvana son səfəri zamanı da təsdiqlənib. Tərəflər artıq layihənin praktiki həyata keçirilməsinə başlamış və tikintinin bu il başlanması planlaşdırılmışdı. Lakin müharibə bütün planları dəyişə bilər” deyə, məqalədə bildirilir.
Picture background

Məqalədə bildirilir ki, Ermənistan faktiki olaraq öz suveren ərazisinin bir hissəsini 99 illik müddətə ABŞ-a icarəyə verib. “Tramp marşrutu”nu TRIPP Development şirkəti idarə edəcək və onun 74 faizi ABŞ-a məxsus olacaq. 49 ildən sonra müqavilə daha 50 il uzadılacaq, Ermənistanın payı 49 faizə çatacaq, lakin nəzarət paketi (51 faiz) yenə də amerikalılarda qalacaq:”TRIPP layihəsi Rusiyanı və İranı kənardan keçməklə Avropanı Çin və Mərkəzi Asiya ilə birləşdirən alternativ nəqliyyat dəhlizi olacaq. ABŞ isə bunun sayəsində İran sərhədinə birbaşa çıxış əldə edəcək. Beləliklə, Rusiya ətrafında “qeyri-dost dövlətlərdən ibarət halqa” daha da möhkəmlənəcək”.

“Bəs İranda baş verən müharibə bu planları puça çıxara bilərmi” sualı barədə nəşrə politoloq Andranik Miqranyan danışıb. Onun fikrincə, hər şey İrana qarşı aparılan müharibə və Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticəsindən asılı olacaq.
 Ekspert hesab edir ki, əgər amerikalılar Yaxın Şərqdə məğlub olub bölgədən geri çəkilsələr (bəzi ekspertlərin fikrincə, bu mümkündür), onda onlar TRIPP layihəsinin həyata keçirilməsində əvvəlki qədər maraqlı olmayacaqlar. Onun sözlərinə görə, bəzi amerikalı ermənilər Ermənistanın seçki kampaniyası çərçivəsində ictimaiyyəti inandırmağa çalışırlar ki, Vaşinqton razılaşmaları guya regionu ermənilər üçün daha təhlükəsiz və sabit edib. Lakin ekspert hesab edir ki, bu, reallığı əks etdirmir.

Picture background

Miqranyanın fikrincə, Ermənistanla ABŞ arasında guya yaranmış strateji tərəfdaşlıq haqqında deyilənlərin ciddi əsası yoxdur. Amerikalılar Ermənistan qarşısında heç bir konkret öhdəlik götürməyiblər və bunlar razılaşmalarda da göstərilməyib. ABŞ öz müttəfiqlərinə çox vaxt vassal və ya asılı tərəf kimi yanaşır, buna görə də bərabərhüquqlu münasibətlərdən danışmaq çətindir.

Ekspert əlavə edir ki, layihədə payların 74 faizinin amerikalılara məxsus olması bunu açıq şəkildə göstərir. Onun sözlərinə görə, əgər Ermənistanda parlament seçkilərində müxalifət qalib gəlsə, Paşinyanın imzaladığı bir çox razılaşma yenidən nəzərdən keçirilə bilər.
“Bundan başqa, İran bu layihəyə çox mənfi yanaşır. Layihə regiondakı digər Amerika obyektləri kimi İran üçün potensial hərbi hədəfə çevrilə bilər. Belə bir təhlükə mövcud olduğu halda layihəni həyata keçirmək çox çətindir. İran artıq göstərib ki, Yaxın Şərqdə amerikalıların tikdiyi obyektləri bombardman etməyə hazırdır. Buna görə də regionda müharibə başa çatmayana, yeni güc balansı formalaşmayana və Ermənistanda seçkilərin nəticələri məlum olmayana qədər TRIPP layihəsinin gələcəyi qeyri-müəyyən olaraq qalır” deyə, məqalədə bildirilir.

Musavat.com

Bənzər Xəbərlər

Dünya

SON DƏQİQƏ: İran Hörmüzü TAMAMİLƏ BAĞLADI

İyul 31, 2026
Dünya

Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər

İyul 31, 2026
Dünya

HƏMAS: Tərksilah yalnız İsrail Qəzzadan tam çıxarsa mümkün olacaq

İyul 31, 2026
Dünya

Köçəryan məhkəmədə Paşinyana uduzdu

İyul 31, 2026
Dünya

İran ABŞ-ın Küveytdəki bazasını vurdu

İyul 31, 2026
Dünya

Ermənistan Aİİ-dən kənarda Rusiyanın qaz qiymətlərinə bənzər şərtlər əldə edə bilməz – Rusiya

İyul 31, 2026

XƏBƏR LENTİ

2500 illik sirr: Amazon cəngəlliklərində naməlum sivilizasiyanın izləri tapıldı

31 İyul, 26 / 23:52

Xəzərin dibində nələr var? – Gələn məlumatlar narahatlıq yaratdı

31 İyul, 26 / 23:27

Diabetin gözlənilməz səbəbi – Yeni müalicə strategiyası yarana bilər

31 İyul, 26 / 23:10

Qarabağ Universitetinə minimal keçid balları açıqlandı

31 İyul, 26 / 22:56

Azərbaycanın UEFA reytinqindəki yeri açıqlandı

31 İyul, 26 / 22:41

Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb… – ARAŞDIRMA

31 İyul, 26 / 22:27

Arıqlama iynələri dayandırıldıqdan sonra orqanizmdə nə baş verir?

31 İyul, 26 / 22:12

Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir

31 İyul, 26 / 21:58

Bakıda ağaclar niyə möhkəm kök sala bilmir?

31 İyul, 26 / 21:44

Azərbaycanda ən çox hansı peşələrə tələbat var?

31 İyul, 26 / 21:31
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.