Son dəqiqə
Maaşlara 3 faizlik vergi tətbiqindən sonra əmək müqavilələrinin sayı artıb Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər – VİDEO İrandan Azərbaycana keçmək istəyən əfqanlar saxlanılıb Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək Ermənistan vətəndaşlığı alan Qarabağ ermənilərinin sayı açıqlanıb Hava 10 dərəcəyədək soyuyacaq, yağış və qar yağacaq 2027-ci ildə manatın dollara qarşı məzənnəsi məlum olub Azərbaycanın valyuta ehtiyatları borcunu 20 dəfə üstələyir Azərbaycanda neftin qiyməti 2030-cu ildə 65 dollar olacaq

İrandan Azərbaycana keçmək istəyən əfqanlar saxlanılıb

Cəmiyyət

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Cagdas.az -a bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 4 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.