Son dəqiqə
Avtovağzalların iş rejimi dəyişəcək – TARİXLƏR Maaşlara 3 faizlik vergi tətbiqindən sonra əmək müqavilələrinin sayı artıb Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər – VİDEO İrandan Azərbaycana keçmək istəyən əfqanlar saxlanılıb Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək Ermənistan vətəndaşlığı alan Qarabağ ermənilərinin sayı açıqlanıb Hava 10 dərəcəyədək soyuyacaq, yağış və qar yağacaq 2027-ci ildə manatın dollara qarşı məzənnəsi məlum olub Azərbaycanın valyuta ehtiyatları borcunu 20 dəfə üstələyir

Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər – VİDEO

Cəmiyyət

Sosial şəbəkələrdə tələbə qızların fotolarının icazəsiz paylaşıldığı, həmin görüntülərin silinməsi müqabilində onlardan pul tələb edildiyi iddia olunur.

Cagdas.az Baku TV-yə istinadən xəbər verir ki, bəzi şəxslər qızların sosial şəbəkə profillərindən götürdükləri fotolara təhqiramiz və qeyri-etik ifadələr əlavə edərək müxtəlif hesablarda yayırlar. Daha sonra isə paylaşımları silmək üçün foto sahiblərindən pul istəyirlər.

Məlumata görə, bu cür paylaşımlara “TikTok” və “Instagram” platformalarında rast gəlinir. Hesablarda Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və digər ali məktəblərin tələbələri olduğu iddia edilən qızların fotoları paylaşılır.

Yayılan məlumatlar tələbələrin şəxsi görüntülərindən sui-istifadə və onlardan pul tələb edilməsi ilə bağlı narahatlıq yaradıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, faktla bağlı araşdırmalar aparılır.