• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9703
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İrandan gələn məhsullar bahalaşacaq – ABŞ ticarəti çətinləşdirir

31 Avqust, 26 / 20:54
A A

ABŞ Tehrana iqtisadi təzyiqi gücləndirmək üçün İranla əlaqəli strukturlara qarşı hər həftə yeni sanksiyalar tətbiq etmək niyyətindədir. Bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

Bessentin sözlərinə görə, ilk növbədə banklar məhdudiyyətlərə məruz qalacaq. “Biz banklardan başlayırıq və onlara deyirik ki, İranın pullarını saxlamaq və rejimə kömək etmək yolverilməzdir”, – nazir qeyd edib.

Bessent həmçinin bildirib ki, G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Eşvilldə (Şimali Karolina ştatı) keçiriləcək qarşıdakı görüşündə digər dövlətlərin nümayəndələrini İranla iqtisadi əlaqələrə görə mümkün sanksiyalar barədə xəbərdar edəcək. Görüş 31 avqust – 1 sentyabr tarixlərində keçiriləcək.

İddialar görə, ABŞ-nin gözlənilən sanksiyaları İranla quru sərhəddi olan ölkələrlə ticarət dövriyyəsini minimuma endirəcək.

Bu baxımdan Azərbaycanın İranla iqtisadi əlaqələrini azaltması, hətta tamamilə dayandırması mümkündürmü?

Cagdas.az -a mövzu ilə bağlı iqtisadçı Allahverdi Cəfərov Sfera.az-a açıqlama verib.

O bildirib ki, ABŞ-nin İrana qarşı yeni sanksiyalarının Azərbaycan iqtisadiyyatına təsiri istisna edilmir:

“Çünki, İran Azərbaycana qonşu ölkədir və iki ölkə arasında qarşılıqlı iqtisadi münasibətlər mövcuddur. Lakin Azərbaycan-İran arasında ticarət dövriyyəsinin ölkənin ümumi xarici ticarətindəki payının cəmi 1,3 faiz olması səbəbindən sanksiyaların Azərbaycan iqtisadiyyatına genişmiqyaslı və ciddi zərbə vuracağı gözlənilmir. Burada əsas risk ticarətin həcmindən daha çox bank və ödəniş kanalları ilə bağlıdır. Xüsusilə İrana qarşı yeni sanksiyaların üçüncü ölkələrin banklarını da əhatə etməsi Azərbaycan banklarının İranla əməliyyatlara daha ehtiyatlı yanaşmasına səbəb ola bilər. Bu baxımdan İrana məxsus “Bank Melli Iran”ın Azərbaycanda fəaliyyət göstərməsi ayrıca həssas məsələdir. “Bank Melli Iran”ın Bakı filialı uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ABŞ-nin sanksiya siyahısında yer alır”.

 

 

Ekspert iqtisadi baxımdan yarana biləcək problemin nə olduğunu izah edib:

 

“İqtisadi baxımdan problem ondan ibarətdir ki, Azərbaycan bankları İran bankları ilə aparılan əməliyyatlara görə özlərinin də ABŞ maliyyə sisteminə çıxışını riskə atmaq istəməyə bilərlər. Belə vəziyyətdə şirkətlər alternativ ödəniş mexanizmlərindən istifadə etməli olacaqlar ki, bu da əlavə komissiya, valyuta çevrilməsi və digər maliyyə xərcləri yarada bilər. Digər mümkün nəticə İrandan Azərbaycana idxal olunan məhsulların bahalaşmasıdır. Sanksiyalar məhsulun qiymətini birbaşa artırmasa da, bank, logistika, sığorta və digər əməliyyat xərclərinin yüksəlməsinə gətirib çıxara bilər. Artan maya dəyərinin bir hissəsi isə son nəticədə istehlakçı qiymətlərinə ötürüləcək. Burada xüsusilə nəzərəçarpan məqam Azərbaycanın İranla ticarətinin strukturudur. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 644,1 milyon dollar təşkil edib. Bunun 624,1 milyon dolları İrandan Azərbaycana idxalın, cəmi 20 milyon dolları isə Azərbaycanın İrana ixracının payına düşüb. 2026-cı ilin ilk 6 ayında da İrandan 297 milyon dollarlıq məhsul idxal edilib. Bu səbəbdən sanksiyaların əsas təsiri Azərbaycanın ümumi iqtisadiyyatından daha çox İrandan məhsul gətirən sahibkarlara və həmin məhsulların qiymətlərinə hiss oluna bilər. Ödənişlərin və logistikanın çətinləşməsi bəzi məhsulların tədarükünü gecikdirə, alternativ bazarlardan daha baha məhsul gətirilməsinə səbəb ola bilər. Xüsusilə tez xarab olan kənd təsərrüfatı və ərzaq məhsulları daha həssas qrup hesab oluna bilər. Lakin İranın Azərbaycan xarici ticarətindəki nisbətən kiçik payını nəzərə alsaq, bu prosesin ölkə üzrə ciddi və sistemli inflyasiya şokuna çevrilməsi ehtimalı aşağıdır. Daha çox ayrı-ayrı məhsullar üzrə qiymət artımı və təchizat problemləri gözlənilə bilər”.

Bənzər Xəbərlər

Cəmiyyət

Bakının ən böyük prospektlərindən biri BAĞLANIR

Avqust 31, 2026
Cəmiyyət

Çexiyada Qərbi Azərbaycan və Qarabağla bağlı SƏRGİ

Avqust 31, 2026
Cəmiyyət

Naxçıvan ərazisi genişlənəcək, əhali artacaq – Yeni tarix

Avqust 31, 2026
Cəmiyyət

2048,7 hektar ərazi minalardan təmizlənib

Avqust 31, 2026
Cəmiyyət

Maşını əlindən aldılar, pulu mənimsənildi, YOLDA QARŞISINI KƏSDİLƏR… – Nazirə MÜRACİƏT

Avqust 31, 2026
Cəmiyyət

Əhalinin bankdakı pulu artır, şirkətlərin depoziti azalır – Səbəb nədir?

Avqust 31, 2026

XƏBƏR LENTİ

Bakının ən böyük prospektlərindən biri BAĞLANIR

31 Avqust, 26 / 21:54

Çexiyada Qərbi Azərbaycan və Qarabağla bağlı SƏRGİ

31 Avqust, 26 / 21:40

Naxçıvan ərazisi genişlənəcək, əhali artacaq – Yeni tarix

31 Avqust, 26 / 21:27

2048,7 hektar ərazi minalardan təmizlənib

31 Avqust, 26 / 21:10

İrandan gələn məhsullar bahalaşacaq – ABŞ ticarəti çətinləşdirir

31 Avqust, 26 / 20:54

Maşını əlindən aldılar, pulu mənimsənildi, YOLDA QARŞISINI KƏSDİLƏR… – Nazirə MÜRACİƏT

31 Avqust, 26 / 20:37

Əhalinin bankdakı pulu artır, şirkətlərin depoziti azalır – Səbəb nədir?

31 Avqust, 26 / 20:22

Hindistan Mərkəzi Asiyaya girir: Özbəkistan Modi üçün “lokomotiv”ə çevrilir

31 Avqust, 26 / 20:03

Hövsanda su KƏSİLƏCƏK

31 Avqust, 26 / 19:43

Ceyhun Bayramov və Ararat Mirzoyan söhbət ediblər – VİDEO

31 Avqust, 26 / 19:26
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.