Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İrandan Hörmüz boğazı ilə bağlı sərt qərar

Cəmiyyət

İran Hörmüz boğazından keçən gəmilərə yeni qaydalar tətbiq edir.

Cagdas.az xəbər verir ki, İran Hörmüz boğazından tranzit keçən və Tehranın müəyyən etdiyi qaydalara əməl etməyən gəmilərə qarşı sərt tədbirlər görülə biləcəyi barədə xəbərdarlıq edib.

İranın strateji marşruta nəzarət məqsədilə yaratdığı körfəzdə Boğaz İşləri İdarəsinin yaydığı məlumata görə, qaydaları pozan gəmi sahibləri cərimə, saxlanılma və hətta gəminin müsadirə edilməsi ilə üzləşə bilərlər. Qurum gəmi sahiblərinə körfəz ilə bağlı reyslər üçün tələblərə cavab verməyən gəmilərin yenilənmiş siyahısı ilə tanış olmağı tövsiyə edib.

Bildirilir ki, siyahıya gəmilərdən birinin müəyyən edilmiş tələblərə cavab vermədiyi halda, yüklərin bir gəmidən digərinə ötürülməsi əməliyyatlarında iştirak edən digər gəmilər də daxil edilə bilər.

İranın qaydalarına uyğun olmadığı üçün siyahıya salınan gəmi sahibləri həmin gəmilərin siyahıdan çıxarılması üçün ölkənin dənizçilik orqanlarına əsaslandırılmış müraciət göndərə bilərlər.\modern.az\