Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

İranla imzaladıqları müqavilədən imtina etdilər

Cəmiyyət
Oman İranla Hörmüz boğazından gəmilərin keçidi, buranın minalardan təmizlənməsi ilə bağlı imzaladığı müqavilədən imtina edib.

Cagdas.az “New York Post”a istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyi əvvəllər Hörmüz boğazından gəmiçilik üçün müvəqqəti dəhliz yaratmaq və marşrut boyunca minaları birgə təmizləmək üçün Oman tərəfi ilə işlədiyini açıqlamışdı.

Bildirilmişdi ki, hazırda bağlı olan boğazdan gəmiçilik üçün daimi dəhliz yaratmaq barədə müzakirələrin davam etdirilməsi barədə razılığa gəlib.
“New York Post” mənbəsinə istinadən yazıb ki, Maskat təhlükəsizlik və ətraf mühit xidmətləri üçün gəmilərdən pul alınmasına razılıq verməkdən imtina edib.

Məlumata görə, Oman ABŞ Prezidenti Donald Trampla qarşıdurmadan qaçmaq məqsədilə boğazda təhlükəsizlik və ətraf mühitin qorunması üçün könüllü ianələr ideyasını da qəbul etməyib.

Bundan əvvəl Tramp Omanın İranla danışıqlardakı mövqeyindən narazılığını bildirib. ABŞ nümayəndələrinin fikrincə, rəsmi Maskat Tehranla Hörmüz boğazına nəzarət məsələsində həddindən artıq güzəştlərə gedib.\Ölkə.az\