ABŞ-nin süni intellekt şirkəti “OpenAI” yeni süni intellekt modeli “GPT-6.1 Astra”nın təqdimatını təxirə salıb.
Cagdas.az xəbər verir ki, şirkət tərəfindən verilən açıqlamada qərarın modelin təhlükəsizliyi ilə bağlı narahatlıqlar fonunda qəbul edildiyi bildirilib.
Açıqlamada bildirilib ki, model tapşırıqları yerinə yetirməkdə “daha israrlı struktura” malik olsa da, bu imkan icazəsiz davranış riski ilə balanslaşdırılmalıdır.
“Biz təhlükəsizlik və u
yğunluq məsələlərində son dərəcə yüksək standartlara sahibik”, – deyə “OpenAİ” dan bildirilib.
Şirkət yeni versiyanın hazırda gözlənilən təhlükəsizlik standartlarına tam cavab vermədiyini açıqlayıb.
“GPT-6.1 Astra”nın internetdə müstəqil şəkildə hərəkət etmək, proqram təminatını avtonom şəkildə işlətmək və mürəkkəb əməliyyatları həyata keçirmək imkanlarına malik sistem kimi təqdim edilməsi gözlənilirdi.
ABŞ mediasında yayılan xəbərlərdə isə texnologiya şirkətlərinə süni intellekt modellərinin mümkün sui-istifadəsinə görə daha məsuliyyətli davranmaları ilə bağlı çağırışların artdığına diqqət çəkilib.\sfera.az\


