Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək…

Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Azərbaycandan işçi qüvvəsinin ixracı” layihəsi çərçivəsində Sloveniyada 200-dən çox vakansiya üzrə işə qəbul üçün müraciətlərin qəbuluna başlayıb.

Cagdas.az  xəbər verir ki, müraciətlər onlayn qaydada qəbul olunur.

Təklif olunan iş yerləri əsasən sənaye, logistika və səhiyyə sahələrini əhatə edir. Vakansiyalar arasında material emalçısı, qaynaqçı, çilingər, anbar işçisi, dəzgah operatoru, istehsalat işçisi, tibb bacısı, təsərrüfat xidməti işçisi, texniki xidmət işçisi və s. yer alır.

Vakansiyalar üzrə əməkhaqqı Sloveniyada müəyyən edilmiş minimum əməkhaqqından az olmamaq şərtilə müəyyən edilib və iş yerləri rəsmi əmək müqaviləsi əsasında təklif olunur.

Agentlik xaricdə rəsmi və təminatlı iş imkanlarından yararlanmaq istəyən uyğun namizədləri müraciət etməyə dəvət edir.

Hər bir vakansiya üzrə tələblərlə tanış olmaq və müraciət etmək üçün https://survey.sosial.gov.az/index.php/989738?lang=az linkinə keçid edə bilərsiniz.

Son müraciət tarixi 10 sentyabr 2026-cı ildir.\referans media\