Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İsveçrədə kanalizasiya ilə hər il 6 milyonluq qızıl axır

Cəmiyyət

İsveçrədə aparılan araşdırma çirkab sularına hər il xeyli miqdarda qiymətli metalın qarışdığını üzə çıxarıb.

Cagdas.az xəbər verir ki, İsveçrə Federal Su Elmləri və Texnologiyaları İnstitutunun (EAWAG) məlumatına görə, ölkədə kanalizasiya sistemi vasitəsilə hər il təxminən 43 kiloqram qızıl və 3 ton gümüş itkiyə gedir.

Mütəxəssislər hesab edirlər ki, bu qiymətli metalların ümumi dəyəri təxminən 3 milyon İsveçrə frankı (6 milyon manat) təşkil edir.

Araşdırmaya əsasən, ən yüksək qızıl konsentrasiyası Ticino kantonunda qeydə alınıb. Alimlər bunu bölgədə fəaliyyət göstərən qızıl emalı müəssisələri ilə əlaqələndirirlər.

Bundan başqa, çirkab sularında sənaye və yüksək texnologiyalarda istifadə olunan bəzi nadir metallar da aşkar edilib. Bununla belə, ekspertlər bildirirlər ki, mövcud texnologiyalar və xərclər nəzərə alındıqda bu metalların kanalizasiya sularından çıxarılması hələlik iqtisadi baxımdan məqsədəuyğun hesab edilmir.(sfera.az)