Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı – TAM SİYAHI

Cəmiyyət
2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin IV ixtisas qrupunda dövlət sifarişi əsasında 3629 plan yeri ayrılıb.

Cagdas.az -ın Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 4-cü nömrəsindən əldə etdiyi məlumata görə, ən çox dövlət sifarişli yer tibb ixtisasına ayrılıb. Bu ixtisas üzrə Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti və Qarabağ Universitetində ümumilikdə 850 nəfər dövlət hesabına təhsil ala biləcək.

Dövlət sifarişli yerlərin sayına görə sonrakı sıralarda baytarlıq təbabəti – 280 yer, kimya və biologiya müəllimliyi – 260 yer, biologiya – 240 yer, psixologiya – 230 yer qərarlaşıb.

Biologiya müəllimliyi, ekologiya, kimya və kimya müəllimliyi ixtisaslarının hər biri üzrə 200 dövlət sifarişli yer ayrılıb. Biotexnologiya üzrə bu göstərici 180, əczaçılıq üzrə 147, stomatologiya üzrə 142, ictimai səhiyyə üzrə isə 115 təşkil edir.

Tibb bacısı (qardaşı) işi ixtisasında 105, fizioterapiyada 90, su bioehtiyatları və akvakulturada 80, bağçılıq və tərəvəzçilikdə 60 dövlət sifarişli yer müəyyənləşdirilib.

IV qrup üzrə ən az dövlət sifarişli yer bitki mühafizəsi ixtisasına ayrılıb. Bu ixtisas üzrə Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində ümumilikdə 50 nəfərin dövlət hesabına qəbulu nəzərdə tutulur.(modern.az)