Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

İxtisas seçimi bu gün bitir – Abituriyentlərin DİQQƏTİNƏ

Cəmiyyət

Ali məktəblərin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi bu gün, sentyabrın 2-də saat 23:59-da başa çatacaq.

Cagdas.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlər seçdikləri ixtisas kodunu istədikləri ardıcıllıqla elektron ərizələrinə daxil edib təsdiqləməlidirlər.

Ali təhsil müəssisələrində boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub.
Kolleclərə qəbul müsabiqəsinə isə buraxılış imtahanında ümumi balı ən azı 50 olan, Azərbaycan və ya rus dili, eləcə də riyaziyyat fənlərinin hər biri üzrə minimum 10 bal toplamış şəxslər buraxılır.\modern.az\