Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik-leytenant Əlfağa Ağayev vəzifəsindən azad edilib.
Cagdas.az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirin digər əmri ilə Əlfağa Ağayev Dövlət Yanğından Mühafizə Xidmətində Yanğından mühafizə şöbəsinin rəisi təyin olunub./Qaynarinfo/
















