Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Kartdan istifadə etmədən pul çıxılır? – “BakıKart” məsələyə aydınlıq gətirdi

Cəmiyyət

Bir müddət əvvəl ictimai marşrutda NFC ilə ödənilən gedişlərə görə, kartlardan qeyri-müəyyən vaxtlarda toplu halda vəsaitlər çıxılırdı. Bundan sonra tətbiqlərdə hansı ödənişin hansı marşrutda istifadə olunduğuna dair yenilik yaradıldı. Lakin bir neçə gündür yenə eyni hal təkrarlanır. Sərnişinlər bildirirlər ki, əsasən gecə saatlarında bir neçə dəfə eyni istiqamətlərdə gedişə dair ödənişlər kartdan çıxılır.

Bəs görəsən, kartlardan çıxılan pullar gedilən ödənişlərə görəmi çıxılıb? Burada hansısa texniki problem var?

Cagdas.az  xəbər verir ki, “BakıKart”dan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan hal ictimai nəqliyyatda NFC ödəniş sistemi üzrə gecikmiş avtorizasiya prosesi ilə əlaqədardır:

“Bəzi hallarda bank kartı ilə həyata keçirilmiş gediş üzrə ödəniş dərhal deyil, müəyyən gecikmə ilə kart hesabında əks oluna bilər.

Son günlərdə NFC sistemi üzrə avtorizasiya prosesində təxminən 1 günlük gecikmə qeydə alınıb. Buna görə sərnişinlər əvvəlki gün həyata keçirdikləri gedişlərin ödənişini daha sonrakı saatlarda hesablarında görə bilərlər.

Bu, sərnişinin ictimai nəqliyyatdan istifadə etmədiyi halda hesabından yeni vəsait tutulması deyil. Hesabdan çıxılan məbləğ daha əvvəl NFC vasitəsilə həyata keçirilmiş gedişin ödənişidir”.