• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.4° Weather Columbus
$
1.7
€
1.9615
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Kartdan-karta ianə köçürmələri dayandırılır? – AÇIQLAMA

14 Avqust, 26 / 14:11
A A
Avqustun 1-dən etibarən kartdan-karta köçürmələrə tətbiq olunan yeni məhdudiyyətlər şəxsi bank kartları vasitəsilə həyata keçirilən yardım kampaniyalarının gələcəyi ilə bağlı suallar yaradıb. Belə ki, indiyədək müalicə xərcləri, təhsil və digər sosial ehtiyacların qarşılanması üçün vətəndaşlar əsasən şəxsi kart hesablarını paylaşaraq çoxsaylı şəxslərdən ianə toplayıblar. Yeni qaydaların tətbiqi fonunda belə kampaniyaların hansı mexanizmlə davam etdiriləcəyi və sosial məqsədli köçürmələrin məhdudiyyətlərdən necə qorunacağı məsələsi aktuallaşıb. Digər tərəfdən, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Kraudfandinq haqqında” Qanun vəsaitlərin xüsusi platformalar üzərindən daha sistemli və şəffaf şəkildə toplanması üçün yeni imkanlar yaradır. Bu baxımdan, yeni mexanizmin ənənəvi kartdan-karta yardım kampaniyalarını nə dərəcədə əvəz edə biləcəyi və vətəndaşlar üçün praktik tətbiqinin necə təşkil olunacağı diqqət çəkir. 

Mövzu ilə bağlı  Cagdas.az -a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, kartdan-karta köçürmələrə tətbiq olunan yeni qaydalar əslində əvvəllər ayrı-ayrı banklar tərəfindən tətbiq edilən məhdudiyyətlərin vahid şəkildə ümumiləşdirilməsidir.

Onun sözlərinə görə, yeni qaydalar bütün əməliyyatlara deyil, yalnız riskli hesab olunan köçürmələrə şamil edilir.

“Əvvəllər də banklar tərəfindən müəyyən məhdudiyyətlər və qaydalar tətbiq olunurdu. Yeni qaydalar isə əsasən riskli qrup və ya riskli əməliyyat hesab olunan köçürmələrə aid ediləcək”.

Deputat qeyd edib ki, yardım və sosial kampaniyalar bu kateqoriyaya daxil deyil:

“İstər yardım kampaniyaları, istərsə də digər sosial kampaniyalar kartdan-karta əməliyyatlarla bağlı riskli əməliyyatlar hesab olunmur. Riskli əməliyyat sayılmadıqları üçün banka əvvəlcədən məlumat verməklə həmin kampaniyaları hər hansı məhdudiyyət olmadan həyata keçirmək mümkün olacaq. Bu baxımdan, xüsusilə təhsil, sosial və səhiyyə sahələri üzrə təşkil olunan kampaniyaların keçirilməsində hər hansı maneənin yaranacağı gözlənilmir”.

V.Bayramov vurğulayıb ki, bu kampaniyalarla bağlı əsas tələb bankın məlumatlandırılması ola bilər:

“Qeyd etdiyimiz kimi, həmin kampaniyalar riskli hesab edilmir. Buna görə də banklar tərəfindən onlara məhdudiyyət tətbiq olunacağı gözlənilmir. Sadəcə, bununla bağlı banka məlumat verilməsi tələb oluna bilər”.

Deputat bildirib ki, kartdan-karta köçürmələrə tətbiq olunan yeni qaydalar “Kraudfandinq haqqında” qanunla ziddiyyət təşkil etmir:

“”Kraudfandinq haqqında” qanunda xüsusi platformaların yaradılması nəzərdə tutulur. Bu platformalar vasitəsilə startaplar və sahibkarlar maliyyə cəlb edə, onlayn səhmlərin yerləşdirilməsini, həmçinin bəzi hallarda yardım və ianələrin toplanmasını həyata keçirə biləcəklər.

Kraudfandinq platformaları Mərkəzi Bankın reyestrində qeydiyyata alınacaq. Rəsmi qeydiyyatdan keçdikləri, rəsmi fəaliyyət göstərdikləri və bank hesablarına malik olduqları üçün həmin platformalar üzərindən aparılan əməliyyatlara hər hansı məhdudiyyət tətbiq olunması nəzərdə tutulmur. Bu əməliyyatlar kartdan-karta köçürmələrdən kənar həyata keçirilən transferlərdir. Ona görə də kartdan-karta əməliyyatlarına tətbiq edilən qaydalar heç bir halda “Kraudfandinq haqqında” qanunla ziddiyyət təşkil etmir”, – deyə V.Bayramov əlavə edib.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda səfirliyini bərpa etməyə hazırlaşır

Avqust 14, 2026
Cəmiyyət

Nazirlik incəsənət məktəblərində yeni islahatlara başlayır

Avqust 14, 2026
Cəmiyyət

Ekspres avtobuslar harada dayanacaq? – VİDEO

Avqust 14, 2026
Cəmiyyət

15 İslam ölkəsi İrana qarşı birləşir – Yeni ittifaq quruldu

Avqust 14, 2026
Cəmiyyət

Naxçıvanda külli miqdarda saxta içki tapıldı

Avqust 14, 2026
Cəmiyyət

Sabahın havası

Avqust 14, 2026

XƏBƏR LENTİ

Tramp rüsumları 100%-ə qaldırdı

14 Avqust, 26 / 15:08

Azərbaycanda səfirliyini bərpa etməyə hazırlaşır

14 Avqust, 26 / 14:53

Nazirlik incəsənət məktəblərində yeni islahatlara başlayır

14 Avqust, 26 / 14:39

Ekspres avtobuslar harada dayanacaq? – VİDEO

14 Avqust, 26 / 14:25

Kartdan-karta ianə köçürmələri dayandırılır? – AÇIQLAMA

14 Avqust, 26 / 14:11

15 İslam ölkəsi İrana qarşı birləşir – Yeni ittifaq quruldu

14 Avqust, 26 / 13:57

Naxçıvanda külli miqdarda saxta içki tapıldı

14 Avqust, 26 / 13:43

Sabahın havası

14 Avqust, 26 / 13:29

SOCAR 86,3 milyard manat gəlir əldə edib – RƏQƏMLƏR

14 Avqust, 26 / 13:14

Avqust ayının pensiyaları ödənildi

14 Avqust, 26 / 13:00
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.