Son dəqiqə
Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı – DSX-dən ƏMƏLİYYAT Bakıda güclü külək 68 ağaca ziyan vurub Qızıl-gümüş ucuzlaşdı Bu ərazilərə qar yağır AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin!

Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir

Cəmiyyət

Azərbaycanda kartdan-karta pul köçürmələri üzrə gündəlik əməliyyat sayına tətbiq edilən limitlər bankların özləri tərəfindən müəyyənləşdirilir.

Cagdas.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bankın əsas tələbi bankların şübhəli və riskli əməliyyatları müəyyənləşdirməsi, terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz qumar və digər qanunsuz maliyyə əməliyyatlarının qarşısını almasıdır.

Ş. Mahmudzadə qeyd edib ki, banklar müştərilərinin gündəlik əməliyyatlarını və köçürmələrinin xarakterini nəzərə alaraq daxili limitlər müəyyənləşdirirlər.

O bildirib ki, bir müştərinin gün ərzində beş və ya daha çox pul köçürməsi qəbul etməsi avtomatik olaraq qanunsuz əməliyyat hesab edilmir.

AMB rəsmisinin sözlərinə görə, müəyyən edilmiş limitləri aşan müştərilər banklara müraciət edə bilərlər. Bank əlavə araşdırma apararaq əməliyyatların qanuni olduğuna əmin olduqda köçürmələrin həyata keçirilməsinə imkan yarada bilər.

Ş. Mahmudzadə vurğulayıb ki, bu məhdudiyyətlərin əsas məqsədi vətəndaşların pul köçürmələrini çətinləşdirmək deyil, maliyyə sistemində riskli və qanunsuz əməliyyatların qarşısını almaqdır.\referans media\