• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.9° Weather Columbus
$
1.7
€
1.9763
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Kəlbəcərdə özəl investisiyalar yeni iş yerləri yaradacaq

08 Sentyabr, 26 / 16:48
A A

Kəlbəcərin bərpası yalnız yeni binaların və infrastrukturun yaradılması ilə məhdudlaşmır. Rayonun əsl dirçəlişi insanların burada yaşaması, işləməsi və gələcəyini doğma torpaqlarında qurması ilə tamamlanır.

Cagdas.az xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev rayonda keçirilən əmək yarmarkasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və burada dayanıqlı məskunlaşmanın təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir:

“Dayanıqlı məskunlaşmanın təməlində insanların öz doğma torpaqlarında işlə təmin olunması, iqtisadi fəallığının və gəlir imkanlarının yaradılması dayanır”.

Xüsusi nümayəndənin sözlərinə görə, Kəlbəcərdə ilk mərhələdən modul tipli sahibkarlıq subyektlərinin fəaliyyətinə şərait yaradılıb. Bununla həm sakinlərin ilkin istehlak tələbatlarının ödənilməsi, həm də yerli əhali üçün yeni məşğulluq imkanlarının formalaşdırılması nəzərdə tutulub.

B.Hacıyev bildirib ki, hazırda rayonda həyata keçirilən özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılması və sakinlərin məşğulluğunun təmin edilməsidir:

“Bu layihələr Kəlbəcərin iqtisadi potensialının reallaşdırılması ilə yanaşı, əhalinin rayonun sosial-iqtisadi həyatında daha fəal iştirakına imkan yaradır”.

O, Dövlət Məşğulluq Agentliyinin rayonda məşğulluğun təmin olunması prosesində fəal iştirak etdiyini də diqqətə çatdırıb. Bildirib ki, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün Agentliklə sıx əməkdaşlıq aparılır.

Bəşir Hacıyev əmək yarmarkasının işaxtaranlarla işəgötürənlər arasında yeni əlaqələrin qurulmasına, yeni iş imkanlarının yaranmasına və Kəlbəcərdə dayanıqlı məşğulluğun genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

“Kəlbəcərin bərpası yalnız yeni binaların və infrastrukturun yaradılması deyil. Kəlbəcərin əsl dirçəlişi insanların burada yaşaması, işləməsi, iqtisadi fəallıq göstərməsi və gələcəyini bu torpaqlarda qurması ilə tamamlanır”, – xüsusi nümayəndə vurğulayıb.\modern.az\

Bənzər Xəbərlər

Cəmiyyət

2027-ci il büdcəsində maaş və pensiyalarda 10 faiz artırım gözlənilir

Sentyabr 8, 2026
Cəmiyyət

Atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı

Sentyabr 8, 2026
Cəmiyyət

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi – SİYAHI

Sentyabr 8, 2026
Cəmiyyət

Əli Əsədov onu işdən azad etdi

Sentyabr 8, 2026
Cəmiyyət

Ucuz ev axtaranlara – Ən sərfəli qiymətlər buradadır

Sentyabr 8, 2026
Cəmiyyət

Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?

Sentyabr 8, 2026

XƏBƏR LENTİ

2027-ci il büdcəsində maaş və pensiyalarda 10 faiz artırım gözlənilir

08 Sentyabr, 26 / 17:15

Atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı

08 Sentyabr, 26 / 17:02

Kəlbəcərdə özəl investisiyalar yeni iş yerləri yaradacaq

08 Sentyabr, 26 / 16:48

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi – SİYAHI

08 Sentyabr, 26 / 16:34

Əli Əsədov onu işdən azad etdi

08 Sentyabr, 26 / 16:21

Ucuz ev axtaranlara – Ən sərfəli qiymətlər buradadır

08 Sentyabr, 26 / 16:11

Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?

08 Sentyabr, 26 / 15:56

Paşinyan ona yüksək vəzifə verəcək

08 Sentyabr, 26 / 15:42

DİM sədri 2027-ci ildə imtahanlarda ediləcək dəyişiklikləri AÇIQLADI

08 Sentyabr, 26 / 15:29

Qəbul imtahanlarında bu yeniliklər tətbiq olunacaq

08 Sentyabr, 26 / 15:16
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.