• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9911
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

KİV: ABŞ-də bəzi məşhur avtomobil markalarının satışı dayandırıla bilər

28 Aprel, 26 / 19:07
A A

Bir neçə qlobal avtomobil istehsalçısı öz büdcəli modellərinin ABŞ bazarında satışından imtina etməyi planlaşdırır.

Cagdas.az  xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşrin məlumatına əsasən, bəzi iri avtomobil şirkətləri ABŞ Administrasiyasına xəbərdarlıq ediblər ki, əgər rəsmi Vaşinqton Kanada, Meksika və Birləşmiş Ştatlar arasındakı üçtərəfli ticarət sazişini (USMCA) uzatmamaq qərarına gələrsə və ya üç ölkə arasında digər güzəştli ticarət şərtlərini razılaşdırmazsa, onlar ABŞ-də ən ucuz modellərinin satışını dayandıracaqlar.

WSJ qeyd edir ki, Yaponiyanın “Nissan”, “Toyota” və Cənubi Koreyanın “Hyundai” kimi şirkətləri ABŞ alıcılarına kiçik və münasib qiymətli avtomobillər təklif etdiyi halda, yerli avtonəhənglər son illərdə bu cür modellərdən imtina ediblər: “Xarici avtokonsernlər bəzi büdcəli maşınları ABŞ-də istehsal etsələr də, onların ehtiyat hissələri Meksika və Kanadadan tədarükündən asılıdırlar.

Əvvəllər bu detallar USMCA çərçivəsində rüsumlardan azad idi, lakin ABŞ Prezidenti Donald Trampın Administrasiyası tərəfindən tarif siyasətinin dəyişdirilməsindən sonra avtomobil hissələrinə rüsumlar 25% səviyyəsində müəyyən edilib. Xərclərin bu cür artması avtomobil istehsalçılarını ABŞ bazarında ucuz modellərin satışından imtina etməyi düşünməyə məcbur edir”.

Nəşrin bildirdiyinə görə, ABŞ-də ən əlçatan 10 avtomobil modelindən 8-i xarici şirkətlər tərəfindən buraxılır:

“Bu siyahıda qalan iki model isə ABŞ-nin “General Motors” şirkəti tərəfindən Cənubi Koreyada istehsal olunur. Qeyd edək ki, USMCA müqaviləsi 2018-ci ildə Vaşinqtonun təşəbbüsü ilə imzalanıb. Belə ki, ABŞ rəhbərliyi oxşar NAFTA (Şimali Amerika Azad Ticarət Assosiasiyası) ticarət sazişinin ölkənin maraqlarına cavab vermədiyini hesab edib. Yeni sənəd 2020-ci ildə qüvvəyə minib. Qaydalara əsasən, hər altı ildən bir müqavilənin planlı şəkildə nəzərdən keçirilməsi nəzərdə tutulur və bu proses 2026-cı il iyulun 1-dək yekunlaşmalıdır. Əgər razılaşma uzadılarsa, daha 16 il qüvvədə qalacaq. Razılıq əldə olunmasa, sənəd 2036-cı ildə müddəti başa çatana qədər hər il yenidən baxılmağa məruz qalacaq. Saziş ümumi dəyəri təxminən 2 trilyon dollar olan mal və xidmətləri əhatə edir. Xatırladaq ki, daha əvvəl Ağ Evdən bildirilib ki, indiki mərhələdə Kanada, Meksika və ABŞ arasında ticarət sazişinin mövcudluğu ABŞ tərəfi üçün əhəmiyyət kəsb etmir və heç bir real üstünlük qazandırmır. Vaşinqton vurğulayıb ki, Birləşmiş Ştatların Meksika və ya Kanada məhsullarına ehtiyacı yoxdur”.(Oxu.Az)

Bənzər Xəbərlər

Dünya

BMT Baş katibi: qlobal ticarət təhlükə altındadır

Aprel 28, 2026
Dünya

Dünya gündəmində: Şimali Koreyada edam dalğası

Aprel 28, 2026
Dünya

Livan Prezidenti: İsraillə “alçaldıcı razılaşmanı” qəbul etməyəcəyik

Aprel 28, 2026
Dünya

20 ildən sonra Böyük Britaniya kralından ABŞ-yə ilk səfər – VİDEO

Aprel 28, 2026
Dünya

Dünyada ilk pulun istifadə edildiyi, turistlərin ən sevdiyi şəhər: Qədim Uşak şəhəri haqqında bilmədiklərimiz…

Aprel 28, 2026
Dünya

ABŞ bu şirkətləri hədələdi: İranla əməkdaşlığı dayandırın

Aprel 28, 2026

XƏBƏR LENTİ

“Azparkinq”in yeri özəlləşdirilib – İDDİA

28 Aprel, 26 / 20:56

“Bakı Marafonu 2026”da 25 min iştirakçı birincilik uğrunda yarışacaq

28 Aprel, 26 / 20:46

BMT Baş katibi: qlobal ticarət təhlükə altındadır

28 Aprel, 26 / 20:34

Bakıda güclü külək səbəbindən 34 ağac AŞIB

28 Aprel, 26 / 20:24

Avtomobil nəhəngindən radikal qərar: ən ucuz 2 model istehsaldan çıxarıldı

28 Aprel, 26 / 20:11

Dünya gündəmində: Şimali Koreyada edam dalğası

28 Aprel, 26 / 19:56

Livan Prezidenti: İsraillə “alçaldıcı razılaşmanı” qəbul etməyəcəyik

28 Aprel, 26 / 19:38

Prezident məşhur şirkətin sahibini təltif etdi

28 Aprel, 26 / 19:22

KİV: ABŞ-də bəzi məşhur avtomobil markalarının satışı dayandırıla bilər

28 Aprel, 26 / 19:07

20 ildən sonra Böyük Britaniya kralından ABŞ-yə ilk səfər – VİDEO

28 Aprel, 26 / 18:51
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.